Accessibility links

Metyu Makkonaqey Autizm xəstəliyi haqda maarifləndirmə kampaniyası keçirir


Metyu Makkonaqey istedadlı bir aktyor kimi tanınır. Amma indi o öz platformasını ictimaiyyətin diqqətini Autizm xəstəliyi haqda maarifləndirməyə yönəltməyə həsr edir.

O, Kiels dəri kremi şirkətinin ultra uz kremini reklam edərək xüsusi elanla çıxış edir. Aktyor bu növ xəstəlikdən əziyyət çəkənlərə yardım edə biləcəyinə ümid edir.

“Mən bu gün Autizm haqda danışmaq istəyirəm. Autizm dünya boyu təxminən 70 milyon insanı təsirinə məruz qoyub. Autizm xəstəliyindən əziyyət çəkən uşaqların bizim dəstəyimizə ehtiyacı var. Onlara indi kömək etmək lazımdır. Onlara erkən diaqnozun qoyulması, daha yaxşı şans əldə edə bilmələri üçün tibbi xidmətlərə çıxışlarının olması gərəkdir. Bunun üçün onlara bizim köməyimiz lazımdır” deyə Makkonaqey bildirib.

Makkonaqey insanları Kiehl şirkətinin kampaniya videosunu bölüşməyə səsləyib. Əvəzində şirkət 200 min dollaradək hər bir bölüşülən videoya görə “Autism Speaks” təşkilatına 1 dollar ianə edəcək.

Aktyor “Just Keep Living” fondunun köməyi ilə uşaqlara yardım edir. Metyu People.com-a “Kiehls yaxşı məqsədlər naminə yaxşı işlər görür. Onlar məndən bu kampaniya üzərində birgə işləmək təklifi ilə müraciət etdikdə, bu iş mənə çox maraqlı göründü ” – deyə Makkonaqy əlavə edib.

Ümid edirik ki, Kiehls və Makkonaqey xoş məramlı fəaliyyətləri Autizmdən əziyyət çəkən uşaqlara kömək etsin.

XS
SM
MD
LG