Accessibility links

Leonardo Dikaprio ətraf mühitin qorunmasına 20 milyon dollar ianə edib


Leonardo Dikaprio ətraf mühitin qorunması barədə çox danışıb. Və indi aktyor ətraf mühitin qorunması üçün ianə edir.

New York Post’s Page Six-ə istinadən Dikaprionun fondu ətraf mühitlə əlaqəli 100-dən çox təşkilata 20 milyon dollar ayırıb.

Bu qrantlar altı xüsusi istiqamət üçün nəzərdə tutulub. Bunlara iqlim dəyişikliyi, vəhşi heyvanlar və təbiətin mühafizəsi, dəniz heyvanları və okeanın qorunması, yeni həll yolları, yerlilərin hüquqlarının müdafiəsi və Kaliforniya proqramı daxildir.

Dikaprio bu yaxınlarda Yale İqlim Konfransında çıxış edərək, diqqəti qlobal səviyyədə mədən yanacağından təmiz, yenilənən enerjiyə yönəltməyə çağırıb.

Page Six yazır ki, Dikaprionun fondunun meneceri bunları deyib “Qrantların ayrılması siyasi rəhbərliyin diqqətsizlik göstərdiyi və iqlim dəyişikliyinin rekord səviyyədə təbii fəlakətlərə səbəb olduğu mühüm bir dövrə təsadüf edir. Düşünürəm ki, indi biz nə qədər ki, gec deyil, əlimizdən gələni etməliyik.”

Ümid edirik ki, 1998-ci ildən bəri Dikaprionun fondunun 80 milyon dollardan çox pul ayırdığı bu qrantlar məqsədə çatmağa kömək edəcək.

XS
SM
MD
LG