Accessibility links

Castin Timberleyk Super Bowl oyunlarının şou fasiləsində ifa edəcək


Castin Timberleyk fevralda keçiriləcək Super Bowl 52 oyunlarında, oyunlar arası şou fasiləsində ifa edəcək. Amma müğənni bu mərasimdə iştirak etdiyinə görə pul almayacaq.

Bəli, Timberleykə digər müğənnilərlə olduğu kimi oyunlarda ifasına görə pul verilməyəcək. Bu isə o deməkdir ki, Beyonse, Leydi Qaqa, Keyti Perri və Bruno Mars da əvvəllər bu oyunların fasilələrində ödənişsiz çıxışlar edib.

Təəccüblüdür, elə deyilmi?

NFL-in mövqeyi çox aydındır. Onlar müğənnilərə pul vermir. Əvəzində onların məsrəflərini ödəyir.

Amma bir müğənni üçün bu əslində 100 milyon insan qarşısında reklamını təmənnasız etmək deməkdir. Yəni, bu, hər iki tərəfə sərfəlidir.

Forbes yazır ki, oyunda ifa edən müğənnilər bu şoudan sonra çox sayda disk satır. Ona görə də 2014-cü ildə NFL-in hətta oyunda ifa etmələri üçün müğənnilərdən pul aldıqları barədə söz-söhbət gəzirdi.

Amma əslində bu doğru deyil.

Super Bowl 52 oyunları 2018-ci ilin fevral ayının 4-dü Timberleykin iştirakı ilə Minnisota ştatında keçiriləcək.

Fikirləriniz

Show comments

XS
SM
MD
LG