Şahzadə Harriyə nişanlandığını açıqladıqdan sonra aktrisa Meqan Markl səhnə həyatını sona çatdırdığını, ya da müvəqqəti dayandıracağını bildirib.
"Us Magazine" Meqana istinadən yazıb: ‘Mən bunu dəyişiklik, həyatımda yeni fəsil kimi görürəm. Mən şou üzərində yeddi il idi ki, çalışırdım. Biz bu serialın uzunömürlü olmasında şanslı idik. Mən bu şouda uğurlu işimdən qürur duyuram’.
İndi Meqan Kral ailəsinə gəlin getdikdən sonra çox sayda yeni cavabdehliliyinin olduğundan xəbərdardır.
"Us Weekly" yazır ki, Şahzadə Harri ‘birinci gündən cavabdehlilik başlanacaq. Biz bu məsuliyyətli işə qol qoymağın nə qədər ciddi bir məsələ olduğunu açıq şəkildə müzakirə etməliyik. Amma o məni seçib, mən də onu. Bundan belə biz bütün fərdi və ya birgə problemlərimizi komanda şəklində, bərabər həll edəcəyik. Düşünürəm ki, o buna qadirdir’ deyə bildirib.
Görünür Kral ailə həyatı tam Meqana görədir.