Accessibility links

Conni Depp iki sabiq cangüdəni tərəfindən məhkəməyə verilib


54 yaşlı aktyor təhlükəsizlik işçiləri olan Yucin Arreola və Miqel Sançez tərəfindən maaşların ödənilməməsi və səhv səbəbdən işdən qovulma da daxil olmaqla bir neçə səbəbdən mühakimə edilir.

Cangüdənlər Premiere Group International adlı təhlükəsizlik şirkətinin əməkdaşlarıdır. Depp 2016-cı ildə bu şirkətlə müqaviləni dayandırmağa və cangüdənlərin hər ikisi ilə bir-başa müqavilə bağlayaraq onları işə götürməyə qərar verib.

Arreola və Sançez iddia edir ki, onların hər ikisinə Deppin işçisi olacaqları deyilib. Bu isə o deməkdir ki, onlar normalda aldıqları mənfəətləri Deppdən alacaqlar.

Cangüdənlər deyir ki, 2016-2018-ci illər arası işlər qarışıqdı və elə bir vəziyyət yarandı ki, onlardan sadə cangüdən işindən əlavə işlər görmək tələb edilib.

XS
SM
MD
LG