Accessibility links

Kolin Farrell və Mel Gibson “Müharibə Donuzları” adlı filmdə çəkiləcəklər


42 yaşlı aktyor Kolin Farrell və 62 yaşlı ulduz Mel Gibson qarşıdan gələn yeni layihədə iştirak etməyə razılaşıb.

Rejissoru Tommi Virkola olan filmdə onlardan Dreks və Pastor obrazlarını ifa etməkləri istənilib.

Film bir qrup məyus sabiq Dəniz Donanması əsgərlərinin hekayəsinin ardıdır. Qrup onların yoldaşlarını öldürən karteldən qisas almaq və onların narkotik alverindən qazandıqları pulları oğurlamaq üçün sonuncu missiyanı yerinə yetirir.

Filmin elkranlara çıxmasının dəqiq tarixi hələ elan edilməyib. Lakin prodüsserlər filmin oktyabr ayında ekranlara çıxacağını nəzərdə tutub.

XS
SM
MD
LG