Accessibility links

Deyvid Bekhamın həyat yoldaşına şəxsi ada almaq istədiyi barədə məlumatı inkar edib


Məşhur futbolçu Deyvid Bekhamın həyat yoldaşına şəxsi ada almaq istədiyi barədə yəqin ki, eşitmisiniz.

Sabiq futbolçu Viktoriyaya təxminən 10 milyon dollara Karib dənizində şəxsi ada alacağı barədə məlumatı inkar edib.

Xəbərə görə, Bekham Cənub Berri adaları yaxınlığında uzaq, lakin gözəl Bird Cay (Börd Key) adl kiçik bir adaya göz qoyub.

250 akrlıq adanın 7.6 kilometr çimərlik ərazısı, malikanəsi, qonaq evi və xidmətçiləri üçün beş kotteci var.

Maraqlısı ondadır ki, Bekhamın Britaniya Virciniya Adasında da bir malikanə almağı nəzərdən keçirib.

Lakin onun malikanə almağı barədə söz-söhbəti inkar etdiyindən. Məsləhətdir ki, sadəcə oturub gözləyək və görək.

Deyvidin 450 milyon dolları var və Viktoriyanın da qazancını üstə gələndə bu rəqəm 770 milyona çatır.

Bu qədər pulla onlar dünyada ürəkləri istəyən adanı ala bilər.

XS
SM
MD
LG