Accessibility links

Melissa MakKarti ilə tənqidçi arasında qalmaqal yaşanıb


Melissa MakKarti Hollivudun yeni ulduzlarındandır. Bu yaxınlarda o, bir jurnalistin tənqidlərindən bərk incidiyini deyib.

“Casus” filminin ulduzu Ellen DeGenereslə bir araya gəlib və 2014-ce ildə çəkildiyi “Tammy” komediya filmindəki ifasına görə kişi jurnalist tərəfindən tənqidlərə məruz qaldığı barədə danışıb.

Mellisa deyib ki, o həmin tənqidçi ilə Toronto film festivalında da qarşılaşıb və həmin şəxsin “Mellisa yalnız gözəl görünəndə yaxşı aktrisa ola bilər” –sözlərinin müəllifi olduğunu etiraf etdiyini deyib.

Mellisa tənqidçinin qarşısını kəsib və onun kişi aktyorlara da belə münasibət göstərib-göstərmədiyini soruşub.

Jurnalist “sən həqiqətən də filmdə pis görünürdün”- deyib.

Aktrisa isə ona “sən bilməlisən ki, hər dəfə bu kimi fikirlər yazanda, bu ölkədə bütün qızlar onu oxuyur və inciyir” deyib.

Emmy mükafatının qalibi əlavə edib ki, zahiri görünüşünə görə bu ölkədə qadınlara qarşı pis münasibət yanlışlıqdır və hər bir qadın gözəl və güclüdür.

Ümid edirik ki, tənqidçi Mellisanın sözlərindən nəticə çıxarıb və aktrisa bu kimi xoşagəlməz hallarla daha qarşılaşmayacaq.

XS
SM
MD
LG