Accessibility links

Castin Biberin pərəstişkarları onun Britaniyada konsertinin ləğv edilməsini istəyir


Castin Biber iyulun ikisi Britaniya Yay Festivalında çıxış etməyi planlaşdırır. Lakin onun pərəstişkarları ondan konserti ləğv etməsini istəyir.

Buna səbəb Ariana Qrandın Mançesterdəki konsertində baş vermiş hücumdur. Pərəstişkarları sosial mətbuatda Biberi Londonda, Hyde Parkda nəzərdə tutulmuş konsertdə iştirak etməməsini nəzərdən keçirməsinə çağırıb.

Bəziləri hətta onun meneceri Skuter Braundan bu barədə tədbir görməsini istəyib. Lakin nə Biber, nə də meneceri buna münasibət bildirməyib.

Bu səbəbdən həştəq “”Non Purpose Tour” sosial mediada yayılmağa başlayıb.

Skuter həmçinin 22 nəfərin ölümü ilə nəticələnən partlayışın baş verdiyi Dangerous Woman qastrol səfərini dayandırmağa məcbur olan Ariana Qrandın meneceridir.

Castinin pərəstişkarlarının müraciətlərini ictimai şəkildə cavablandırcağı gözlənilir. Onun üçün əlbəttə qərar vermək çətindir.

Hər halda iyulun 2-dək onun nə qərar verəcəyi məlum olacaq.

XS
SM
MD
LG