Accessibility links

Adel 30 yaşını “Titanik” filminə bənzər mərasimlə qeyd edib


“Hello” albomunun müəllifi 1994-cü ilin klassik filmində əsas qəhraman Rouzun paltarını geyərək filmdən səhnə yaradıb.

Britaniyalı ulduz dostları və ailə üzvlərinə qeyri-adi ad günü mərasimində iştirak etmələrinə görə təşəkkür edib.

Adelin “Titanik” gecəsi filmin “My Heart Will Go On” adlı mahnısını bəstələyən və ifa edən Selin Dionu alqışladıqdan sonra başlayıb.

Lakin Adelin bəzi pərəstişkarları gerçək həyatda baş vermiş dəhşətli fəlakəti şouya çevirməyin o qədər də yaxşı hal olmadığını deyib.

XS
SM
MD
LG