Accessibility links

Şi Tsinpin Maodan sonra Çinin ən güclü lideri sayılır


Çin prezidenti Şi Tsinpinin adı hakim Kommunist partiyasının konstitusiyasına daxil edilib və bununla onun statusu Kommunist Çinin banisi Mao Tsedunla bərabərləşib.

“Şi Tsinpinin Çinə aid Xüsusiyyətləri olan Yeni Dövr Sosializmi ilə bağlı Düşüncələri” adlı konspesiyanın yer aldığı düzəliş çərşənbə axşamı partiyanın hər beşdən ildən bir Pekində keçirdiyi milli konqresində Kommunist partiyası tərəfindən təsdiq edilib.

Bu düzəliş prezident Şinin müasir Çin tarixinin ən güclü liderləri kimi statusunu rəmzləşdirir.

Şinin çərşənbə günü rəsmi olaraq ikinci dəfə beş illik müddətə partiya lideri təyin olunacağı gözlənilir.

Fikirləriniz

Show comments

XS
SM
MD
LG