Accessibility links

Şi Tsinpin Tayvana xəbərdarlıq edir [Video]


Şi Tsinpin Tayvana xəbərdarlıq edir
please wait

No media source currently available

0:00 0:02:23 0:00

Çin prezidenti Şi Tsinpin çərşənbə axşamı Tayvana sərt xəbərdarlıq edib. Çin 24 milyon əhalisi olan və özü-özünə idarə olunan Tayvanın ərazisinin bir hissəsi olduğunu iddia edir. Şi deyir ki, hər hansı separatizm cəhdləri “tarixin ən sərt cəzaları” ilə üzləşəcək.

Şinin bu günü Tayvana göndərdiyi xəbərdarlıq onun indiyədək etdiyi ən sərt xəbərdarlıq olub və Çinin Milli Xalq Konqresinin bağlanış sessiyası zamanı səsləndirilib.

Çini bölmək məqsədilə edilən hiylələr uğursuzluqla nəticələnəcək, insanların tənqidi və ‘tarixin ən sərt cəzası’ ilə üzləşəcək. Çin xalqı inanır ki, Çindən bir santimetr torpaq belə ayırmaq mümkün deyil.
Şi Tsinpin

İqtisadiyyatdan tutmuş kommunist partiyasının Çin üzərindəki mütləq hakimiyyətinə kimi bir sıra məsələrə toxunduğu çıxışında Şi 3 min nümayəndəyə deyib ki, Pekin tayvanlıların Çinin inkişafının irəli sürdüyü imkanlardan faydanalanmalarını təmin etmək üçün daha çox səy göstərəcək və “ana vətənin sülh yolu ilə birləşməsinə” çalışacaq.

Onun sərt xəbərdarlığı qürultulu alqışlarla qarşılanıb.

“Çini bölmək məqsədilə edilən hiylələr uğursuzluqla nəticələnəcək, insanların tənqidi və ‘tarixin ən sərt cəzası’ ilə üzləşəcək. Çin xalqı inanır ki, Çindən bir santimetr torpaq belə ayırmaq mümkün deyil,” deyə Şi Tsinpin bildirib.

Tayvan Pekin üçün həssas məsələ və potensial hərbi nöqtədir. Tsai İnqeninin 2016-cı ildə Tayvanın prezideti seçilməsindən bəri Şi Tayvana qarşı təzyiqini şiddətləndirib. Tsai müstəqillik tərəfdarı Demokratik Mütərəqqi Partiyasının üzvüdür, amma o, status-kvonu qoruyub saxlamaq istədiyini deyir.

Şi Tsinpin
Şi Tsinpin

Tayvanın Xarici İşlər Nazirliyinin sözçüsü Endrü Li Şinin sözlərinə əhəmiyyət verməyib və başqa ölkələri Tayvanın regiondakı demokratiya olaraq rolunu dəstəkləməyə çağırıb.

“Məncə biz başqa ölkələrin bizim xarici diplomatiya sahəsindəki işlərimizə necə yanaşdığına əhəmiyyət vermirik. Biz səylərimizi dayandırmayacağıq. Ümid edirik ki, regionda sülh, sabitlik və inkişafı təbliğ etməkdə daha aktiv rol oynaya bilərik,” o deyib.

Məncə biz başqa ölkələrin bizim xarici diplomatiya sahəsindəki işlərimizə necə yanaşdığına əhəmiyyət vermirik. Biz səylərimizi dayandırmayacağıq. Ümid edirik ki, regionda sülh, sabitlik və inkişafı təbliğ etməkdə daha aktiv rol oynaya bilərik.
Endrü Li

Ötən həftə prezident Donald Tramp Tayvan Səhayət Aktını imzalayıb. Bu qanun ABŞ rəsmilərini adaya səyahət etməyə və oradakı həmkarları ilə görüşməyə, eynilə tayvanlı rəsmiləri ABŞ-a səfər etməyə təşviq edir. Çinin ABŞ-dan buna son qoymağı tələb etməsinə baxmayaraq, bu həftə Dövlət Departamentinin yüksək vəzifəli rəsmisi Tayvana səfər edəcək.

Tayvan və Çin 1949-cu ildə vətəndaş müharibəsi zamanı ayrılıb. 1980-ci illərdən bəri isə onların hakimiyyət sistemləri fərqli istiqamətlərə doğru irəliləyib.

Onlar arasında artan fərq bu il Çin qanunvericilərinin iclası zamanı daha da nəzərə çarpıb. Belə ki, nümayəndələr Şiyə ömürlük prezident olmaq mandatı verib.

Dünyaya Baxış

Dünyaya Baxış. “Meydan TV” jurnalistlərinin saxlanıldığı bildirilir
please wait

No media source currently available

0:00 0:12:30 0:00
XS
SM
MD
LG