Rusiya Fövqəladə Hallar Nazirliyi bazar ertəsi bildirib ki, Sibirin Kemerovo şəhərində ticarət mərkəzində baş verən yanğın təxminən 64 insanın ölümünə səbəb olub.
Yanğın Kemerovo şəhərinin dördmərtəbəli Qış Albalı ticarət mərkəzində bazar günü başlayıb.
Rəsmilər hadisə zamanı ölənlərdən başqa bəzi adamların itkin düşdüyünü də bildirib. Onlarla insan hadisədə xəsarət alıb.
Hadisə qurbanları və itkin düşənlərin əksəriyyəti uşaqlardır.
Yanğınsöndürənlər bazar ertəsi yanğını söndürməyə müvəffəq olub.
Yanğına nəyin səbəb olduğu hələlik məlum deyil.
Mağazalardan başqa ticarət mərkəzində kino-teatr və boulinq oyun zalı da var.