Accessibility links

Sibirin daş kömür mədənində baş verən partlayış səbəbindən ölənlərin sayı 47-ə çatıb


Rusiyanın baş naziri Vladimir Putin Kemerovo regionundakı xəstəxanada partlayş zamanı yaralanan şaxtaçılarla görüşmüşdür

Rusiya xəbər agentliklərinin bildirdiyinə görə, bu gün Sibir bölgəsinin qərbində daş kömür şaxtasında metan qazı səbəbi ilə baş verən iki partlayış səbəbundən ölənləri sayı 47 nəfərə çatıb. Rəsmilər 43 şaxtaçının itkin düşdüyünü və onların şaxtanı basan suyun səviyyəsi qalxana qədər sağ qalma etimalları olduğunu və hələ ki, heç kəsin xilas edilmədiyini deyirlər. Rusiyanın baş naziri Vladimir Putin Sibirin Kemerovo regionundakı xəstəxanada partlayş zamanı yaralanan şaxtaçılarla görüşmüş, bundan sonra isə xilasetmə işlərinin necə aparıldığını görmək üçün Raspadskaya şaxtasına getmişdir. Baş nazir hadisə ilə bağlı təhqiqat aparılmasına göstəriş vermişdir.

XS
SM
MD
LG