BMT-nin bu gün açıqladığı məlumatda Syerra-Leonenin Fritaun şəhərindəki yer sürüşməsi nəticəsində ölənlərin sayının 400-dən çox olduğu bildirilib.
Palçıq qatı və dağılmış evlərin altında qalan cəsədlərin axtarışı davam etdiyinə görə itkin düşmüş digər 600 nəfərin taleyi barədə məlumat yoxdur. Qarşıdan gələn günlər də gözlənilən yağışlar axtarış əməliyyatlarını çətinləşdirir.
Hökumət cümə axşamı aşkar edilən cəsədslərin basdırılması işlərinə başlayıb.
Syera-Leonenin prezidenti Ernest Bai Koromo dəfn mərasimi zamanı xalqa bağsağlığı verib və insanlara dəstəyini bildirib.
Hökumət dağlıq bölgələrdə yeni təhlükənin gözlənildiyini bildirib və həmin ərazilərdən sakinlərin evakuasiya olunmalı olduğunu deyib.
Syerra-Leone beynəlxalq ictimaiyyətdən yardım istəyib və insan haqları qrupu Amnesty International-ın hökuməti bundan əvvəl baş verən təbii fəlakətlər zamanı biganə qaldığı ilə bağlı ittihamlarına qarşı xəstəliklərin yayılması üçün əlindən gələni etdiyini bildirib.