Accessibility links

Sietlın “Pike Place Market”i


Sietlın “Pike Place Market”i
please wait

No media source currently available

0:00 0:02:46 0:00

Sietl Start-up və yüksək texnoloyiya şirkətləri ilə yanaşı, Amerikada ən qocaman fermer marketləri ilə də məşhurdur.

Sietlın “Pike Place Market” şəhərdə böyük bir sahəni əhatə edir. Qədim binaların, yüzlərlə balaca dükanın yerləşdiyi bu ərazidə küçə musiqiçiləri və aktyorlarla yanaşı, yerli və gəlmə ziyarətçiləri də görmək olur.

Fermerlərin bazarı işinə səhər saat 5-də başlayır. İlk gələnlər adətən çiçək və Ceyson Skot kimi balıq satıcıları olur. “Mənim anam burada mən anadan olmamışdanm əvvəl də işləyib. O, məni beşik əvəzinə burada banan yeşiyində saxlayırdı. Mən 8-9 yaşlarında olanda önlük taxıb, balaca balıqlar satmağa başlamışam. Məktəbi qurtardıqdan bəri isə buradayam. İndi 46 yaşım var” - deyə, Ceyson Skot bildirir.

Onun köşkü balığı büküb verməzdən əvvəl tullaması ilə məşhurdur. “Köşkün ətrafında fırlanmaqdansa, elə buradan “hey-ya” deyib atıram.”

Ceyson balıq tullamağın asan, yalnız bir az təcrübə gərək olduğunu deyir.

“Pike Place Market”dəki mağazalar ailələrə məxsusdur və bu biznes nəsillərdən nəsillərə keçir. Bu rusdilli mühacirlər “Perojki” biznesini 25 il əvvəl açıb. Olqa Saqan: “Perojkinin nə olduğunu hamı bilmir. Çoxları bunun soyad olduğunu düşünür. Bu, təzə bişmiş, içi dolu xəmirdir. “Perojki” adını verməməzin səbəbi Rusiyada buna perojki demələridir.”

“Perojki” köşkünün yanında isə çinlilərin “Mee Sum Pastry”adlı xəmir məlumatları köşkü dayanır. Bu biznesi Fonq ailəsinin üçüncü nəsli davam etdirir və onlar şirniyyatlarının ən yaxşı olduğunu deyir. “Mee Sum Pastry”nın sahibi Cak Fonq: “Hom-Bou Çin hamburgeridır. İçərisinə mal əti, toyuq əti, hətta tərəvəz qoymaq olur.”

Lakin bu böyük bazar yalnız özünün qeyri-adi yeməkləri və əl işləri ilə deyil, həm də saqqız divarı ilə məşhurdur. İnsanlar çeynədikləri saqqızı bu divara yapışdıra bilər. Bəziləri bu divarın orijinal olduğunu düşünür. Marketin işçisı Con Tornboll: “Bu saqqız divarı 20 il əvvəl, kino-teatra gələn insanların içəriyə saqqızla girmələrinə icazə verilmədikdə yaranıb. İnsanlar saqqızlarını bu divara yapışdırmalı olub.”

Bazar rəsmiləri divarı təmizləməyə çalışsalar da, bu, yeni saqqızların yapışdırılması ilə mümkün olmayıb. Saqqın anarxiyası əyləncəyə çevrildiyi üçün buranın olduğu kimi qalmasına qərar verilib.

XS
SM
MD
LG