Accessibility links

Hər 17 ildə bir yer üzünə çıxan həşaratlar - Sikadalar


Tərəvəz və çiçək köklərini torpağa əkdiniz, kökləri uzanmağa, gövdələr böyüməyə başlayır. Onlara arxa çevirmədən əvvəl gözləyin! Bir neçə, yalnız bir neçə ümumi zərərvericilər gizlənə bilər. Transplantatlar ilin bu vaxtında üç növ zərərverici ilə təhdid edilir: Gövdələr kəsilmiş, yarpaqlar çeynənmiş və ya yarpaqlar kiçik dəliklərlə örtülmüş ola bilər.

Ən çox ehtimal olunan günahkarlar qurdlar, şlaklar və birə böcəkləridir. Hər üç zərərvericinin də kosmopolit zövqləri var və praktiki olaraq hər bir transplantata hücum edir. Xoşbəxtlikdən, pestisidlər olmadan onları nəzarətdə saxlamaq olar.

Əvvəlcə tərəvəz bitkiləri üçün təhlükə olmayan bir həşərata baxaq: Sikadalar.

Bunlar 17 il torpaq altında yaşadıqdan sonra yer üzünə çıxır. Təxminən on ştatı bu həşəratların sürüləri bürüyür. Onlar torpaq səthi qızdıqda yerdən çıxır və sonra ağac və ya başqa şaquli səthlə qalxaraq, qabıqdan çıxırlar. Bundan sonra onların cütləşmə dövrü başlayır. Bəziləri sikadalara “çəyirtkə” deyir. Bunlar çəyirtkə deyil, bir növ cırcıramadır.

Onların sancmasından və ya dişləməsindən qorxmağa ehtiyac yoxdur. Onların yalnız görünüşləri və xoşagəlməz səsləri narahat edə bilir. Sikadalardan gələn zərər gövdəli bitkiləri hədəf alır. Bu həşaratlar ağacların kiçik gövdələrinə yumurta qoyur. Yumurtalar açıldıqdan sonra körpə həşaratlar torpaq altına yerləşdirilir və 17 ildən sonra yenidən üzə çıxmalarını gözləyir.

Sikadalar hətta restoranların menyularında da yer alır. Onların qarışığı ilə salatlar və takolar hazırlanır.

Şərhlərə bax

XS
SM
MD
LG