Accessibility links

Amerikada sindhi şəxsi yaralayan adamın axtarışı davam edir


Birləşmiş Ştatların Federal Təhqiqat Bürosu (FBI) və yerli polis keçən həftənin cümə günü ölkənin şimal-qərbi Vaşinqton ştatında "öz ölkənə qayıt" deyərək, hindistanlını güllələyən ağdərili şəxsin axtarışını davam etdirir.

Siyettlın cənubundakı Kent qraflığındakı evinin yanında güllə ilə vurulub yaralanan şəxsin xəstəxanadan bazar günü çıxdığı, lakin adının gizli qalmasını istədiyi və heç bir şərh vermək istəmədiyi deyilir.

Çıx get mənim ölkəmdən

Kent qraflığında əslən sindhin güllə ilə vurulması Kanzas ştatında hindli-amerikalının qətlə yetirilməsindən bir həftə sonraya təsadüf edir.

Kanzasın "Star" qəzetinin şahidlərin dediklərinə istinadən verdiyi məlumatda deyilir ki, silahlı şəxs Srinivas Koçibhotlanı qətlə yetirməzdən və digər hindli amerikalını yaralamazdan əvvəl "çıx get mənim ölkəmdən" sözlərini deyib.

2001-ci il sentyabrın 11-i hadisələrindən sonra Birləşmiş Ştatlar boyu müsəlmanlara qarşı qeydə alınan cinayətlərdə sindhi şəxslərin hgədəf alınması da nəzərə çarpır. Bir çox amerikalılar Hindistanın şimalından olan təkallahlı Sindh etiqadının çalma geyən davamçılarını müsəlmanlarla səhv salır.

XS
SM
MD
LG