Accessibility links

Yüz minlərlə insan silah islahatı tələbilə yürüş etdi [Video]


Yüz minlərlə insan silah islahatı tələbilə yürüş etdi
please wait

No media source currently available

0:00 0:02:49 0:00

Keçən şənbə günü ABŞ paytaxtı Vaşinqtonda və ölkə ərazisinin müxtəlif nöqtələrində yüz minlərlə insan silah istifadəsi siyasətində dəyişikliklər edilməsi tələbi ilə yürüş keçirdi. “Həyatımız üçün marş” adlı yürüş təşəbbüsü keçən ay Floridanın Parkland şəhərində məktəbdə 17 nəfərin ölümü ilə nəticələn qətliamdan sonra irəli sürüldü.

Bu, Floridanın Parkland şəhərində Marjory Stoneman Douglas məktəbində 17 nəfərin ölümü ilə nəticələnən qətliamdan sonra “uşaqlar üçün və uşaqlar tərəfindən” başladılan hərəkatdır.

ABŞ-ın müxtəlif yerlərində şagirdlər, valideynlər, müəllimlər və digər fəallar küçələrə çıxaraq, qanunvericilərdən daha sərt silah nəzarəti tədbirləri görülməsini tələb etdilər.

Kristin Qonzales, Nyu York məktəblisi: “Qətliamın baş verdiyi Florida şəhərinin demoqrafiyası və iqtisadi göstəriciləri mənim yaşadığım şəhərə çox bənzəyir. Belə bir hadisənin mənim yaşadığış şəhərə bənzər yerdə baş verməsi şagird kimi məni çox qorxudur.”

Kütlədəkilərin bəziləri etirazçılara silah zorakılığına fərqli mövqedən baxmağı təklif edib.

Akila Bisli, Filadelfiyalı müəllim: “Biz sadəcə deyirik ki, qara uşaqlar da öldürüləndə insanlar bu məsələyə indi verdiyi eyni reaksiyanı verməlidir. ”

Eyni zamanda, ölkənin qərb sahilində, Kaliforniyanın Oakland şəhərində gənc etirazçılar yaşca böyük etirazçılara qoşuldular. Bəzilərinin silah zorakılığı ilə bağlı şəxsi təcrübələri var idi.

Keyt Makqlaşan, Tibb bacısı, Berkli, Kaliforniya: “Mən öz işimə yenicə başladığım zamanlarda, Massaçusetsdə çalışdığım klinikada atışma baş verdi. Dörd nəfər həlak oldu, çox sayda insan yaralandı. Mənim həmkarım Şennon Louni ölənlər arasında idi. Bu, 23 il öncə baş vermişdi və hələ də baş verməyə davam edir. Həmin zamandan bəri sıfır irəliləyiş olub və bu məsələdə hətta geriləmə gedir.”

Lakin heç də hər kəs yürüşün məqsədi ilə razı deyil.

Coi, Nyu York ştatının sakini: “Bilirsiniz, silaha sahib olmaq hüququ bizim konstitusiyada qeyd edilib. Bu yürüş heç bir problemi həll etməyəcək. Onların çağırış etdiyi, yarı-avtomatik silahların qadağası silah zorakılığını azaltmayacaq və qanuna riayət edən insanların hüquqlarını əlindən alacaq.”

Lakin yürüş iştirakçıları bu hərəkatın daha da güclənəcəyinə ümid edirlər.

Heyli Fleminq, Amherst Kollecinin tələbəsi: “Bu yürüşləri təşkil edənlər mənim kimi gənclərdir. Bizim yaşımızda olan insanlar tezliklə səs verməyə başlayacaq. Onlar növbəti prezident seçkilərində səs verəcəklər. Onlar Konqresə namizədliklərini verəcəklər. Məhz o zaman bu hərəkat nəticə verməyə başlayacaq.”

Yürüş zamanı tanınmış müğənnilər ilə bərabər Marjory Stoneman Douglas məktəbinin şagirdləri də çıxış etdilər. Məktəb şagirdi Emma Qonzalessin çıxışı zamanı isə fevral ayı atışmasının uzunluğu qədər – 6 dəqiqə 20 saniyə ərzində sükut oldu.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG