Accessibility links

Silah qaçaqmalçısı Viktor Boutun Tailandan ABŞ-a ekstradisiyası gecikib


Tailand rəsmiləri deyir ki, o, bu ilin əvvəlindən ABŞ-ın ona qarşı qaldırdığı çirkli pulların yuyulması və fırıldaqçılıq ittihamı barədə başqa bir eksradisiya dinləməsi keçməlidir

Hüquqi proses səbəbilə rusiyalı silah qaçaqmalçısı Viktor Boutun Tailandan ABŞ-a bu günə planlaşdırılan ekstradisiyası gecikib. Boutun bu gün Bonqkokda ABŞ rəsmilərinə təhvil veriləcəyi gözlənilirdi. The Bongkok Post qəzetinin məlumatına görə, ABŞ hökumətinin göndərdiyi təyyarə Boutu həbsə almaq üçün Bonqkokda gözləyib. Ancaq Tailand rəsmiləri deyir ki, o, bu ilin əvvəlindən ABŞ-ın ona qarşı qaldırdığı çirkli pulların yuyulması və fırıldaqçılıq ittihamı barədə başqa bir eksradisiya dinləməsi keçməlidir. Xarici İşlər Nazirliyinin sözçüsü deyib ki, Vaşinqton ilk olaraq ikinci ekstradisiya tələbini geri götürməlidir. Sözçü prosesin nə qədər vaxt alacağı barədə heç bir söz deməyib.

XS
SM
MD
LG