Accessibility links

ABŞ-da silah qanunları ilə bağlı müzakirələr davam edir [Video]


ABŞ-da silah qanunları ilə bağlı müzakirələr davam edir
please wait

No media source currently available

0:00 0:00:24 0:00

ABŞ Konstitusiyasına ikinci düzəliş vətəndaşları silaha sahib olmaq hüququ ilə təmin edir. Amma hər dəfə küləvi qətliam baş verdikdə, bu məsələ ölkə böyu böyük müzakirələrə səbəb olur. Mübahisələrdən biri də silah mağazaları, onların harda fəaliyyət göstərməsi, silahları necə satmalı olduqları üzərində cərəyan edir.

Hətta bir insanın tarixçəsi yoxlanılsa belə, onlar daha sonra silahlarını başqa bir insana sata bilərlər.

Virciniyanın Arlinqton şəhərində bu yeni silah mağazası açılmazdan öncə 4 minə yaxın insan ona qarşı petisya imzalayıb. Qonşular mağazanın orta məktəbdən 1 kilometrdən az bir məsafədə, uşaq bağçası ilə üzbəüz yerləşməsindən narahatdır.

Ancaq Arliqnton rəsmiləri deyir ki, qanuna görə onlar mağazanın açılmasının qarşısını ala bilməzlər.

Əleyhdarlar iddia edir ki, əgər binanın sahibi Yekaterina Varli silah mağazasına kirayəyə vermək istəməsə, mağaza bağlana bilər.

Amma ikinci düzəlişi dəstəkləyən Varli bu yeri istədiyinə icarəyə vermə hüququna sahib olduğunu deyir.

“Bu mənim icarəçimdir və bu, qanuni biznesdir. Mən bağçadakı üç yaşlı uşaqlarla silah mağazası arasındakı əlaqəni anlaya bilmirəm.”

Mağazanı dəstəkləyənlər silahların özünü müdafiə etmək və ovçuluq kimi fəaliyyətlərdə istifadə olunduğunu deyir.

“Bunların hamısı yarı-avtomatik odlu silahlardır. Tam avtomatik silahlar ağır bir şəkildə nizamlanır və bunun kimi mağazalarda satılmır. Bunlar hətta adi ov tüfənginfən çox daha zəifdir.”

Ancaq silah əleyhdarları bir çox kütləvi qətliamlarda yarı-avtomatik silahlardan istifadə olunduğunu qeyd edir. Buna Konnektikut ştatındakı Sandy Hook məktəbində törədilən qətliam da daxildir.

“Silaha sahib olan çox sayda yaxşı insan var ki, onlar nəzarəti itirməyəcək, amma elə insanlar da var ki, onlar dəyişkəndir və ne edəcəklərini bilmək çətindir.”

Tam avtomatik silahlar ağır bir şəkildə nizamlanır və bunun kimi mağazalarda satılmır.

Özünü Con kimi tanıdan bu mağaza işçisi deyir ki, mağazaya gəlib elə belə silah almaq olmur. Bunun üçün insanların ilk öncə tarixçələri yoxlanılır.

“Şəxsiyyətini təsdiqləyən bir neçə sənədin olmalıdır. Biz şəxsiyyət vəsiqələrini burada yoxlayırıq və daha sonra ştat polisi öz sistemində də yoxlayır. Bəzən proses ləngiyir. Hər kəs dərhal təsdiq olunmur.”

Amma Virciniya Nümayəndələr Palatasının üzvü Mark Levin tarixçə yoxlanmasının hər zaman effektiv olmadığını deyir.

“Hətta bir insanın tarixçəsi yoxlanılsa belə, onlar daha sonra silahlarını başqa bir insana sata bilərlər. Vaşinqtondakı qanqsterlər bura Arlinqtona gələ bilər. Onlar internet vasitəsilə tanış ola və silahı da avto-dayanacaqda sata bilər.”

Mağazanın sahibləri ümid edirlər ki, etirazlara baxmayaraq, onların biznesləri uğurlu olacaq.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG