Accessibility links

Gədəbəydə külli miqdarda silah-sursat aşkar edilir


Silah-sursat
Silah-sursat

Gədəbəy rayonunda (Bakıdan 440 kilometr qərb) külli miqdarda silah-sursat aşkarlanıb. Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Xəbərə görə rayonun Pirbulaq kəndi ərazisində 18 ədəd "F-1" qumbarası, 6 ədəd müxtəlif tipli raket, 10 ədəd trotil şaşka, 9 ədəd patron darağı, 840 ədəd avtomat patronu, 1 ədəd reaktiv mühərriki, 10 ədəd partlayıcı və digər hərbi sursat aşkar edilib.

Xəbərdə deyilir ki, adı çəkilən silah-sursat ANAMA əməkdaşları tərəfindən götürülüb.

Bundan öncə ANAMA rayon ərazisində minaları təmizləmə fəaliyyəti çərçivəsində külli miqdarda silah-sursat tapmışdı.

Gədəbəy rayonu 1990-cı illərdə aktiv döyüşlərin getdiyi cəbhə xəttində yerləşir.

XS
SM
MD
LG