Accessibility links

ABŞ-da silahlı hücumların əksəriyyəti əqli xəstələr tərəfindən törədilmir [Video]


ABŞ-da silahlı hücumların əksəriyyəti əqli xəstələr tərəfindən törədilmir
please wait

No media source currently available

0:00 0:02:27 0:00

ABŞ-da silahlı hücumların əksəriyyəti əqli xəstələr tərəfindən törədilmir

Jurnalistlər Orlandoda gecə klubunda 50 nəfərin ölümü ilə nəticələnmiş və Amerika tarixində ən qanlı kütləvi sılahlı hücumu həyata keçirən 29 yaşlı Ömər Mətinin əqli durumu ilə bağlı dəqiq heç nə bilmirlər. Amma Vaşinqton Post-a müsahibəsində silahlı şəxsin keçmiş həyat yoldaşı Sitarə Yusifli Mətini “evə gəlib onu döyən bir insan kimi” təsvir edib. Bu hadisənin silahların cinayətkarlar və əqli xəstələrin əlinə keçməməsi ilə bağlı debatları yenidən gündəmə gətirəcəyi gözlənilir.

Əqli xəstəlikləri olan əksər insanlar digərlərinə qarşı zorakılıq tətbiq etmir. Birləşmiş Ştatlarda baş verən silahlı hücumların çoxu əqli xəstəliklərdən qaynaqlanmır.
Beth McGinty

Bu səhnə demək olar ki, hər dəfə eyni olur....ABŞ-da silahlı atışmadan sonra insanlar hadisə yerinə gəlib ölənlərin xatirəsini anır, bəziləri oraya şar, başqaları isə gül qoyur. Bəzi insanlar göz yaşı axıdır. Bütün ölkə faciədə birləşir. Ondan sonra isə əqli xəstəlikləri olan insanların silah almaq imkanlarını məhdudlaşdırmaq məqsədilə qanunların sərtləşdirilməsinə dair çağırışlar artır. CNN-də yayımlanan xüsusi verilişdə polis şerifi prezident Obamaya belə bir sual verib:

“Siz kütləvi silahlı hücumlar və terror hücumlarının qarşını almaq üçün nə edərdiniz və biz əqli xəstəlikləri olanları necə müəyyən edəcəyik. Ən böyük problem də budur. Biz onların qanunlara əməl etmələrini necə təmin edə bilərik?”

Amma əslində ən böyük problem ondan ibarətdir ki, əksər amerikalılar səhvən bu cür hadisələrin adi insanlardan daha çox əqli xəstəlikləri olan adamlar tərəfindən törədildiyini düşünür.

“Əqli xəstəlikləri olan əksər insanlar digərlərinə qarşı zorakılıq tətbiq etmir. Birləşmiş Ştatlarda baş verən silahlı hücumların çoxu əqli xəstəliklərdən qaynaqlanmır,” deyə Cons Hopkins Universitetindən Bes MakGinti bildirir.

MakGintinin dediyinə görə, mətbuatın hadisələri işıqlandırması nəticəsində elə bir təsəvvür yaradır ki, silahlı zorakılıqlar və əqli xəstəlik arasında bir bağlantı var. Əslində isə ABŞ-da baş verən zorakı cinayətlərin sadəcə dörd faizi əqli xəstəliklərlə əlaqədar baş verib.

Əgər hətta hər kəsi lazımi qaydada müalicə ilə təmin edə biləcəyimiz mükəmməl səhiyyə sistemimiz olsa idi belə, biz silahlı zorakılıqların təkcə 3-5 faizinin qarşısını ala bilərdik.
Beth McGinty

“Əgər hətta hər kəsi lazımi qaydada müalicə ilə təmin edə biləcəyimiz mükəmməl səhiyyə sistemimiz olsa idi belə, biz silahlı zorakılıqların təkcə 3-5 faizinin qarşısını ala bilərdik,” deyə o bildirir.

Əqli xəstəliklərlə bağlı bu düşüncə insanların düzgün qiymət verə bilməsinin qarşısını alır.

“Bu gün insanlar inanır ki, hər hansı bir hadisənin baş verməsinə səbəb əqli xəsətlikdir. Ona görə də onların bu fikirləri təsdiqlənəndə, onlar əsl səbəbin başqa bir şey ola biləcəyini heç düşünmür belə,” deyə Mental Health America-dan Pol Gionfriddo bildirir.

Ekspertlər isə hesab edir ki, silahlı zorakılıqların səbəbləri az araşdırılır. Onlar inanır ki, insan ölümlərinin qarşısının alınması və ya ölüm hallarının azaldılması üçün bu səbəblər araşdırılmaldır.

XS
SM
MD
LG