Accessibility links

ABŞ-da "Silahlı Zorakılıqlar Barədə Məlumatlandırılma" günü qeyd edilib [Video]


ABŞ-da "Silahlı Zorakılıqlar Barədə Məlumatlandırılma" günü qeyd edilib
please wait

No media source currently available

0:00 0:02:18 0:00

ABŞ-da "Silahlı Zorakılıqlar Barədə Məlumatlandırılma" günü qeyd edilib

İyunun 2-də amerikalılar hər il keçirilən Silahlı Zorakılıqlar Barədə Məlumatlandırılma gününü qeyd edib. Bu arada isə hüquq-mühafizə orqanları bir gün öncə Los Ancelesdə yerləşən Kaliforniya Universitetindəki sılahlı atışma ilə bağlı istintaqı davam etdirirlər. ABŞ-da kütləvi atışma və qətllər artıq adi hala çevrilib, amma bunun öhdəsindən gəlməyin yolları barədə ictimai fikir haçalanır. Bəziləri daha sərt silah qanunlarının tətbiq olunmasını istəyir, digərləri isə hesab edir ki, insanlara özlərini müdafiə edə bilmək üçün hər yerdə silah daşımağa icazə verilməlidir.

Bu, Amerika tarixində mühüm məqamdır. Bütün ölkəboyu insanlar ayağa qalxıb, silah zorakılığına “yetər” deyir. Bu ölkədə hər gün 91 amerikalı ölür. Bunların üçdə ikisi intihar nəticəsində baş verir və bu qəbuledilməzdir.
Spayk Li

Üç il öncə Çikaqonun cənubunda yeniyetmələr qətlə yetirilmiş yaşıdlarının xatirəsini anmaq məqsədilə sinif yoldaşlarını narıncı köynək geyinməyə çağırmışdı. Narıncı rəng insan həyatının dəyərininin rəmzidir. Lokal səviyyədə başlayan bu hərəkat daha sonra “Narınıcı Geyin” adlı milli hərəkata çevrildi. İndi Amerikadakı bir çox məşhur bina və ya tikilidə silah zorakılığına qarşı kampaniyaya yardım məqsədilə narıncı işıqlar yandırılır.

Məşhur kinorejissor Spayk Li çərşənbə günü Nyu Yorkda şəhərin ikonik Empire State Binasında narıncı işıqların yandırılma mərasimində iştirak edib.

“Bu, Amerika tarixində mühüm məqamdır. Bütün ölkəboyu insanlar ayağa qalxıb, silah zorakılığına “yetər” deyir. Bu ölkədə hər gün 91 amerikalı ölür. Bunların üçdə ikisi intihar nəticəsində baş verir və bu qəbuledilməzdir.”

Mərasimdə mayın 25-də repçi T.I-ın konsertində güllələnərək öldürülən kişinin qardaşı da iştirak edib.

Empire State Binasında narıncı işıqlar yandırılıb
Empire State Binasında narıncı işıqlar yandırılıb

“Ruhi xəstəlik elə bir həyat tərzində yaranır ki, orada hər hansı bir problemə ilk çıxış yolu olaraq silaha əl atılır. Bizim cəmiyyətdə bizə doğru yolun bunun olduğu öyrədilib. Amma digər cəmiyyətlərdə ilk çıxış yolu bu deyil. Biz də öz cəmiyyətimizə göstərməliyik ki, bu, öyrənilən davranışdır. Biz isə bu davranışı unutmalıyıq,” deyə o bildirib.

Əksər amerikalılar müdafiə üçün silaha sahib olmaq hüququna inanır. Vaşinqtonlu yevangelist rahib və siyasi fəal Rob Şenk də belə düşünürdü. Amma yaşadığı məhəllədə ölümlə nəticələnən atışmadan sonra, onun fikri dəyişib.

İnsanlar Silah Zorakılığı Barədə Məlumatlandırılma gününü qeyd edir
İnsanlar Silah Zorakılığı Barədə Məlumatlandırılma gününü qeyd edir

“Özünü-müdafiə məqsədilə əlinə silah aldığın an, sən bir insanı öldürməyə hazır olursan. Hazır olmalısan. Buna səbəb isə odur ki, əgər o silahla birisini öldürməyə hazır deyilsənsə, o silahla sən daha böyük təhlükədəsən, nəyinki silahsız, çünki, şiddətli qarşıdurma anında o silah sənin əlindən alına, səninlə birlikdə digərlərinin də öldürülməsi üçün istifadə oluna bilər,” deyə obildirir.

Şenk deyir ki, ABŞ qanunları insanlara silahlara sahib olmaq haqqını tanısa da, başqa bir insanı öldürməyin doğru və ya yanlış olduğu sualını cavablandırmır.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG