Accessibility links

İslam Dövləti 50 sunnini edam edib


İslam Dövləti yaraqlıları qrupa müqavimət göstərənlərə qarşı həyata keçirdikləri kütləvi qətl kampaniyasının davamı kimi bu gün İraqın Ənbar vilayətində daha 50 nəfəri edam edib.

Yerli mənbələr bildirir ki, güllələnənlər sünni müsəlman Əlbu Nimr qəbiləsinin üzvləri olub.

Bir neçə gün əvvəl İraq rəsmiləri bildirib ki, Ramadi şəhəri yaxınlığında qəbiləyə aid 150-dən çox cəsədin basdırıldığı kütləvi məzar aşkar edilib. Qəbilə İslam Dövlətinin Bağdadın qərbinə doğru genişlənməsinə müqavimət göstərir. 70-dən çox nəfər isə Hit qəsəbəsində qətlə yetirilib.

Hadisə zamanı bir şahidin bildirdiyinə görə, İslam Dövləti yaraqlılarından biri deyib ki, edamlar İslam Dövlətinə qarşı döyüşən hər bir şəxsə şamil olunacaq. Edam olunanlar kimi İslam Dövləti yaraqlıları da sünnidir.

XS
SM
MD
LG