Kaliforniyanın Silikon Vadisi ixtira və saysız-hesabsız texnologiya startapları ilə məşhurdur. Bu şirkətlərin çoxu fəqrli-fərqli məhsullar üzərində işləsə də, sahibkarlar ideyaların sərbəst mübadiləsinə açıqdırlar. Bu açıqlıq və etimad dünyanın digər ölklərindı çox rast gəlinməyən bir haldır. Silikon Vadisində Latın Amerikasından gələn sahibkarlar inanır ki, onların regionu burda mövcud olan mentalitetdən çox faydalanan bilər.
Şirkət qurmaq təkbaşına edə biləcəyin bir iş deyil. Biz ilk başladığımızda buna cəhd etdik və heç bir yardım istəmədiyimiz üçün bir çox səhv etdik. Çox çətin idi. Bunu qrup şəklində etmək daha yaxşıdır.Tania Zapata
Əslən kolumbiyalı olan Tania Zapata Silikon Vasinində böyük nailiyyətlərə imza atıb. Amma onun öz şirkətinə sahib olmağına doğru aparan yol qeyri-adi olub.
“Mən radioda işləyirdim və səs sənətçisi olaraq öz biznesimi qurmaq qərarına gəldim və internetsiz bunun çox zəhmət tələb etdiyini gördüm. Mənim səsimə ehtiyacı olanları tapmaq çox çətin idi.”
Zapata bu prosesin işləmədiyini gördü. Həyat yoldaşı ilə birgə onlar səs sənətçiləri ilə müştəriləri birləşdirən onlayn biznes yaratdılar. Bu 13 il bundan əvvəl oldu. Zamanla onların biznesi böyüdüb indiki hala gəlib çıxdı. Hazırda onların kreativ xidmətlər təklif edən Torre adlı vebsaytları var. Səs sənətçilərindən əlavə olaraq, vebsayt müştəriləri bir çox dildə yazıçı və tərcüməçilər tapmağa yardım edir. Onun şirkəti yaxşı qazanır.
“Şirkət qurmaq təkbaşına edə biləcəyin bir iş deyil. Biz ilk başladığımızda buna cəhd etdik və heç bir yardım istəmədiyimiz üçün bir çox səhv etdik. Çox çətin idi. Bunu qrup şəklində etmək daha yaxşıdır.”
Silikon Vadisində insanlar qeyri-adi bir şəkildə bir-biri ilə ünisyyət, əlaqə qurur, əməkdaşlıq edir. Bu cür açıqlıq bir çox şirkətə daha çox inkişaf edib uğurlar əldə etməyə yardım edib. Ancaq Zapatanın dediyinə görə, bu cür mentalitetə onun üçün doğma olan Kolumbiya eləcə də digər Latın Amerika ölkələrində nadir rast gəlinir.
“Biz yardım istəmirik. Biz həmişə düşünürük ki, insanlar bizə dərhal “yox” cavabını verəcək. Elə ona görə də biz heç soruşmuruq. Buna cəhd də etmirik. Məncə, bu, problematikdir.”
Zapata bəzi sahibkarlara təlim keçməyə çalışır. O hətta inkişaf etməkdə olan startaplara ilkin maliyyələşdirməni toplamaq üçün fond yaradıb.
“Biz sahib olduğumuz təcrübə və biliyimizlə yardım etmək istəyirik. Onları bizə yardım edən insanlarla tanışdırmaq və bizim kimi eyni səhvləri etməmələrinə kömək etmək istəyirik.”
Zapata deyir ki, o başqalarının həyatlarına müsbət təsir göstərməyə müvəffəq olanda həyat onun üçün mənalı olur.