Accessibility links

Silvio Berluskoninin vəkili onun məhkəmə qarşısına yalnız bazar ertəsi günləri çıxa biləcəyini deyir

İtaliyanın baş naziri Silvio Berluskoninin vəkili məhkəmə qarşısına yalnız bazar ertəsi günləri çıxa biləcəyini deyir. Vəkil Nikkolo Ghedini müxbirlərə bu gün bildirib ki, cənab Berluskoni özünü müdafiə etməyə hazırdır. Berluskoni gənc qıza seks üçün pul ödəmək və vəzifəsindən sui-istifadə etmək ittihamı ilə istintaq altındadır. 74 yaşlı Silvio Berluskoni “Ruby” ləqəbli gecə klubu rəqqasəsi ilə keçən il əlaqədə olub. Baş nazir oğurluq ittihamı ilə nəzarət altına alınan, əsl adı Kərimə El Mahruq olan qızın azad edilməsinə müdaxilə etməkdə də günahlandırılır. Berluskoninin məhkəmə prosesi gələn ay başlamalıdır.

XS
SM
MD
LG