Accessibility links

Şimali Karolinada qətlə yetirilən tələbələrin anım mərasimi keçirilib


Cinayəti törədən Kreq Hiks artıq həbs edilib

Yüzlərlə insan park yeri üzərində çıxan mübahisə nəticəsində öldürülən üç müsəlman tələbəni yad etmək üçün ABŞ-ın Şimali Karolina ştatında yerləşən univesitetə toplaşıblar. Zərərçəkənlərin ailələri cinayətin nifrət zəminində olduğuna dair istintaq aparılmasını istəyir.

Çərşənbə günü Çapel Hill universitetində insanlar bir-birilərinə təsəlli verərək, öldürülən tələbələrin xatirələrini yaşadacaqları barədə vədlər verib.

Həmin gün 23 yaşlı Dea Şaddi Bərəkət, onun həyat yoldaşı 21 yaşlı Yusor Əbu-Salha və baldızı 19 yaşlı Rəzan Əbu-Salhanı qətlə yetirən 46 yaşlı Kreq Stefen Hiks adamöldürmə maddəsi ilə təqsirləndirilərək məhkəmə qarşısına çıxarılıb.

Hadisənin üç qurbanın cəsədi çərşənbə axşamı Şimali Karoina universitetinin Çapel Hil kampusuna yaxın yaşayış binasında tapılıb.

Polisin Assocaited Press xəbər agentliyinə vediyi məlumata görə, hadisə uzun zamandır davam edən dayanacaq yerinin üzərində çıxan mübahisə zənnində baş verib.

Hiks sosial mediada dinə qarşı statuslar yazsa da,bunun qətlin səbəbi olduğu müəyyən edilməyib.

Hiks artıq həbsdəsir. Onun növbəti məhkəmə iclası martın 4-ə təyin olunub.

XS
SM
MD
LG