Accessibility links

Şimali Koreya ABŞ-la hər cür müharibəyə hazırdır [Video]


Şimali Koreya ABŞ-la hər cür müharibəyə hazırdır
please wait

No media source currently available

0:00 0:01:57 0:00

Şimali Koreya ABŞ-la hər cür müharibəyə hazırdır

Bazar ertəsi BMT-də şimali koreyalı diplomat Şimali Koreyanın ABŞ təfərindən hücuma məruz qaldığı təqdirdə Pxenyanın balistik və nüvə raketləri daxil olmaqla çox sərt cavab tədbirləri görəcəyini deyib. Bundan öncə isə ABŞ-ın vitse-prezidenti Mayk Pens Cənubi Koreyada müxbirlərə deyib ki, bazar günü Şimali Koreya beynəlxalq qanunu pozaraq raket sınağı həyata keçirməsi ilə “strateji dözümlük dövrü başa çatdı”.

Şimali Koreya nə beynəlxalq xəbərdarlıqlara nə də nüvə silahları ambisiyalarının qarşısının alınması üçün Pxenayana tətbiq olunan sanksiyalara məhəl qoymur. ABŞ prezidenti Donald Tramp isə deyir ki, Şimali Koreyanın nüvə bombası inkişaf etdiməsinə icazə verilməməlidir. Onun vitse-prezidenti Mayk Pens Cənubi Koreyaya səfəri zamanı Pxenyana xəbərarlıq göndərib.

“Bütün dünya Suriya və Əfqanıstanda attığı addımları sayəsində bizim yeni prezidentimizin güc və qətiyyətinin şahidi oldu”.

Tramp Pxenyanın nüvə silahları proqramına son qoyması üçün Şimali Koreyanın qonşusu və əsas müttəfiqi Çini Pxenyan üzərindəki nüfuzundan istifadə etməyə çağırıb. Pens deyib ki, əgər Çin bunu etməsə, Birləşmiş Ştatlar Şimali Koreyanın qarşısını almaq üçün lazım olan hər bir addımı atacaq. Şimali Koreyanın Birləşmiş Millətlər təşkilatındakı nümayəndəsinin müavini isə buna itaəsiz cavab verib.

“Əgər Birləşmiş Ştatlar hərbi müdaxiləyə əl atsa, Şimali Koreya verdiyi hər hansı müharibə üsulu ilə cavab verməyə hazırdır,” deyə Kim İn Riyong bildirib.

Şimali Koreyalı diplomat həmçinin ölkəsinin növbəti nüvə sınağına hazırlaşdığını da qeyd edib.

Tramp isə kommunist ölkə ilə bağlı planlarını açıqlamayıb.

“Prezident Tramp əvvəl edildiyini kimiqırmızı xətt çəkməyin heç bir nəticə vermədiyni vurğulayıb. O, hər hansı hərbi vəziyyətə necə cavab verəcəyini öncədən açıqlamayacaq”, deyə Ağ Evin mətbuat katibi Şon Spayser bildirib.

Spayser deyib ki, Birləşmiş Ştatlar Şimali Koreya problemini ilk olaraq Çinin yardımı ilə həll etməyə çalışacaq.

“Heç kim Şimali Koreyanın nüvə imkanlarına sahib olmasını istəmir. Bu səbəbdən də, biz bu məsələdə çinlilərlə işləməyə davam edəcəyik”, deyə o əlavə edib

Bazar ertəsi isə Tramp deyib ki, Şimali Koreya lideri Kim Conq Un “hərəkətlərindən ehtiyyatlı olmalıdır”.

Dünyaya Baxış

Dünyaya Baxış. Tramp Ağ Ev aparat rəhbərinin adını açıqladı
please wait

No media source currently available

0:00 0:10:02 0:00
XS
SM
MD
LG