Accessibility links

Şimali Koreya beynəlxalq sanksiyalara cavab verib


Şimali Koreya beynəlxalq ictimaiyyətin hərbi fəaliyyətlərə son qoymasına dair çağırışlara əhəmiyyət vermədən nüvə silahı proqramını inkişaf etdirəcəyini bildirir.

Pxenyanın Birləşmiş Millətlər Təşkilatındakı missiyasının bildirdiyinə görə, BMT-nin raket sınaqlarına cavab olaraq tətbiq etdiyi sanksiyalar ölkənin suverenliyinə ziddir.

Manilada keçirilən region liderlərinin təhlükəsizlik konfransında Şimali Koreya nümayəndəsi bildirib ki, nüvə silahı və ballistik raketlərin inkişaf etdirilməsi proqramının dayandırılması ilə heç vaxt razılaşmayacaq.

Şimali Koreyanın BMT-nin sanksiyalarına qarşı verdiyi cavabdan sonra ABŞ-ın dövlət katibi Reks Tillerson qeyd edib ki, Şimali Koreya raket sınaqları proqramını dayandırmaqla ABŞ-la diaoqa hazır olduğu siqnalını verə bilər.

Şimali Koreya iqtisadiyyatı üçün iqtisadi əhəmiyyət kəsb edən Çin BMT-nin sanksiyalarını dəstəklədiyini və Şimali Koreyanı ballistik raket proqramında istifadə etdiyi yanacaq üçün illik 1 milyon dollar dəyərində ixrac pulundan məhrum etməyi planlaşdırdığını bildirib.

XS
SM
MD
LG