Şimali Koreya Cənubi Koreyanın yanvarın 9-da iki ölkəni ayıran ağır şəkildə müdafiə olunan demilitarizasiya zonasındakı Panmuncom kəndində yüksək səviyyəli danışıqlar aparmaq təklifini qəbul edib.
Cənubi Koreyanın Unifikasiya Nazirliyi cümə günü səhər Şimali Koreyanın Seulun Olimpiya əməkdaşlığı və ümumi münasibətləri yaxşılaşdırmaq üçün danışıq aparmaq təklifini qəbul etdiyini bildirən məktub yolladığını deyib.
“Bizim hökümətin Cənubi-Şimali Koera münasibətlərini bərpa etmək səyləri baxımından mövqeyi dəyişməyib. Biz həm də beynəlxalq ictimaiyyətlə əməkdaşlıq edərək, Şimali Koreyanın nüvəsizləşdiriliməsi səylərimizi davam etdiririk. Eyni zamanda biz ABŞ da daxil olmaqla, əlaqəli ölkələrlə yaxından məsləhətləşib, dialoqda iştirak edəcəyik və Cənubi Koreya ilə Şimali Koreya münasibətlərini bərpa etməyə, Koreya Yarımadasındakı nüvə məsələlərini həll etməyə və yarımadada sülh yaratmağa çalışacağıq,” deyə nazirliyin sözşcüsü Baik Tae-hyun bildirib.
Sözçü müxbirlərə deyib ki, o, iki Koreyanın gələn həftə keçiriləcək danışıqlara başçılıq edəcək nümayəndə heyətini müəyyən etmək üçün bu yaxınlarda bərpa olunan kommunikasiya kanalından istifadə edəcəyini güman edir.