Accessibility links

Şimali Koreya danışıqlar aparmaqdan imtina edir


Şimali Koreya Birləşmiş Ştatlar və Cənubi Koreya birgə hərbi təlimlər keçirməyə davam etdiyi müddətdə onlar ilə nüvə silahları proqamı ilə bağlı danışıqlar aparmayacağını bildirib.

Noyabrın 11-də ABŞ və Cənubi Koreya ikincinin şərq sahili yaxınlığınakı sularda dörd günlük birgə dəniz təlimlərinə başlayıb. Cənubi Koreya bu təlimləri Şimali Koreyaya açıq xəbərdarlıq adlandırıb.

Vaşinqtonda isə Dövlət Departamenti rəsmiləri ABŞ-ın Asiyadakı müttəfiqləri ilə apardığı birgə hərbi təlimlərin Şimali Koreyanın qeyri-qanuni nüvə və balistik raket proqramları və sınaqlarından fərqli olarq qanuni olduğunu və müdafiə məqsədi daşıdığını bildirib.

Birgə təlimlərin məqsədi “böhran anında Şimali Koreyanın təxribatlarına cavab verməyə olan hərbi hazırlığı və qətiyyəti sərgiləmək üçün nəzərdə tutulmuşdu”, deyə Seulun ordusu ötən ay yaydığı bəyanatda bildirib.

Bu arada isə cümə axşamı ABŞ və Yaponiyanın dəniz qüvvələri Okinava yaxınlığında hər il keçirilən ikitərəfli hərbi təlim məşqlərinə başlayıb. Bu təlimlərin Pxenyana Amerikanın güclü hərbi qüvvəyə qarşı cəld mobilizə etmək bacarığını sərgiləmək məqsəi daşıyıb

ABŞ prezidenti Donald Tramp Çin prezidenti Şi Tsinpin ilə hər iki tərəfin təlimlər və sınaqlara son qoymaq təklifini rədd etdiklərini deməsindən sonra, Çin cümə axşamı yenidən Şimali Koreya məsələsini həll etməyin ən yaxşı yolunun bu təklifin olduğunu bildirib.

Dövlət Departamentinin sözçüse Hezer Nauert cümə günü deyib ki, Şi nüvə silahına malik Şimali Koreyanın böyük təhlükə olduğunu dərk edir.

“Çox sayda ölkə bu təklifi irəli sürür, amma o heç bir nəticə verməyəcək”, deyə Nauert bildirib. “Şimali Koreya ilə bizim qanuni əməllərimiz arasında heç bir mənəvi ekvivalentlik yoxdur”, deyə o əlavə edib.

Çinin sınaqları dayandırmaq təklifi barədə suala cavab olaraq Şimali Koreyanın BMT-dəki nümayəndəsi Han Tae Sonq deyib ki, “məsələ bundan daha qəlizdir”. Han ABŞ rəsmilərinin heç bir zaman birgə hərbi təlimləri dayandırmağa razı olmayacağını deyib və daha sonra əlavə edib ki, “əgər onlar bunu qəbul etsələr, biz nə edəcəyimizi ondan sonra düşünəcəyik”.

Han Tramp administrasiyasının hazırladığı yeni sanksiyalar və Şimali Koreyanı ABŞ-ın terrora dəstək verən ölkələr siyahısına daxil etməsinə əhəmiyyət verməyib.

XS
SM
MD
LG