Accessibility links

Cənuba qaçan yaralanmış Şimali Koreya əsgəri özünə gəlib


Öz əsgər yoldaşları tərəfindən güllələnmiş Şimali Koreya əsgəri üzərində əməliyyat aparan Cənubi Koreya cərrahı Li Kuk Conq əsgərin durumu haqda danışır. Ajou Universitet Hospitalı, Suwon, Cənubi Koreya. 15 noyabr, 2017.
Öz əsgər yoldaşları tərəfindən güllələnmiş Şimali Koreya əsgəri üzərində əməliyyat aparan Cənubi Koreya cərrahı Li Kuk Conq əsgərin durumu haqda danışır. Ajou Universitet Hospitalı, Suwon, Cənubi Koreya. 15 noyabr, 2017.

Cənuba qaçan zaman beş güllə yarası almış Şimali Koreya əsgəri şüurlu hala gəlib.

Televizora baxmaq istədiyini deyən əsgərə hazırda Cənubi Koreya filmləri göstərilir, Yonhap xəbər agentliyi bildirib.

“İnanırıq ki, həyata təhlükəli anı adlaya bilmişik,” deyə hökumət rəsmisi agentliyə bildirib.

İnanırıq ki, həyata təhlükəli anı adlaya bilmişik.

Ötən həftə Şimali Koreyadan Cənuba qaçmağa cəhd edən əsgər dörd digər əsgər yoldaşı tərəfindən 40 dəfə güllə atəşinə tutulub. 5 güllə yarası alan əsgəri Cənubi Koreya əsgərləri sərhəd zonasından çıxararaq xəstəxanaya yerləşdiriblər. 5 saat davam edən cərrahiyyə əməliyyatından sonra onun sağlıq durumu qeyri-müəyyən qalır.

Cənubi Koreya ordusu əsgərin daxili orqanlarının zədələndiyini bildirsə də, həyati təhlükəsi olmadığını bəyan etmişdi.

Seul yaxınlığındakı tibb mərkəzinin bildirdiyinə görə, güllələr bədənindən çıxarıldıqdan sonra əsgər süni nəfəs maşınına birləşdirilmişdi.

Şimali Koreya ilə Cənubi Koreyanı ayıran Demilitarizasiya Zonası ən çox silahlı qüvvələrin konsentrasiya olduğu məkanlardan biri sayılır.
Şimali Koreya ilə Cənubi Koreyanı ayıran Demilitarizasiya Zonası ən çox silahlı qüvvələrin konsentrasiya olduğu məkanlardan biri sayılır.

Tibbi heyət əsgərin başına gələnlərdən mənəvi travma keçirdiyini deyir.

“Əsgərin psixoloji stablliyini təmin etmək üçün hospital palatasında Cənubi Koreya bayrağı asmışıq,” hökumət rəsmisi deyib.

Əsgərin psixoloji stablliyini təmin etmək üçün hospital palatasında Cənubi Koreya bayrağı asmışıq.

Bu günədək kritik durumda olmuş əsgərin kimliyi hələ açıqlanmır.

Şimali Koreya bir qayda olaraq vətəndaşlara ölkədən icazəsiz çıxmağı qadağan edir və bu addımı atanları sərt şəkildə cəzalandırır.

Sərhəd zonasında qaçış nadir olay sayılır. Sonuncu dəfə Şimali Koreya əsgəri tərəfindən belə bir cəhd 2007-ci ildə, ondan öncə isə 1998-ci ildə baş vermişdi.

XS
SM
MD
LG