Accessibility links

ABŞ-la Şimali Koreya arasında gərginliklər artır [Video]


Şimali Koreyada üçüncü ABŞ vətəndaşı həbs olundu
please wait

No media source currently available

0:00 0:02:31 0:00

Şimali Koreya ABŞ vətəndaşını həbs edib. Bu, kommunist ölkənin dövlətə əsassız cinayətlər iddiası ilə həbsə aldığı üçüncü şəxsdir. 50 yaşlı universitet professoru şənbə günü, Pxenyan Beynəlxalq Aeroportunda ölkəni tərk etmək üzrə ikən həbs edilib. Professorun həbsi ABŞ və Şimali Koreya arasında yaşanan qanunsuz nüvə silahları proqramı ilə bağlı gərginliyin daha da artmasına səbəb olub.

Şənbə günü Şimali Koreyada həbs edilən ABŞ vətəndaşı Toni Kim həm də koreyalı adı Kim Sang olaraq tanınır.

Şimali Koreya onun həbsi barədə məlumat verməyib və ona qarşı olan iddialar aydın deyil. Ötən il iki başqa ABŞ vətəndaşı da həbs olunaraq, dövlətə qarşı cinayətlərə görə məhkum olunublar. Onlardan biri ağır koloniya rejimli 10 il, digəri isə 15 il həbs cəzası alıb.

Üçüncü həbs ABŞ-la Şimali Koreya arasında Pxenyanın son ballistik raket sınağından sonra baş qaldırmış gərginliklər vaxtına təsadüf edir.

Hazırda Cənub-Şərqi Asiyada səfərdə olan ABŞ vitse-prezidenti Mayk Pens dəflərlə bildirib ki, kommunist dövləti ilə “strateji səbr” siyasəti bitib.

"Pxenyan rejiminin əlində olan ballistik raket nüvə silahları proqramı və potensial qitələrarası balistik raketlər bu regionun, həmçinin potensial olaraq ABŞ-ın da sabitlik və təhlükəsizliyi üçün təhlükə təşkil edir," deyə ABŞ vitse-prezidenti Mayk Pens bildirib.

ABŞ prezidenti Donald Tramp Çinin qonşusu Şimali Koreyaya beynəlxalq qanunlara tabe olması məqsədilə təzyiq göstərəcəyinə inamını ifadə edib.

Şənbə günü Penslə görüşü zamanı Avstraliyanın baş naziri də oxşar düşüncələr dilə gətirib.

"Reallıq budur ki, Çinin təkcə şansı yox, həm də məsuliyyəti var ki, Ş.Koreyaya təzyiq göstərərək onları başladığı bu ehtiyatsız və təhlükəli trayektoriyadan çəkindirsin," Malcolm Turnbull, Avstraliya baş naziri deyib.

Lakin, bazar günü Yunanıstana olan səfəri zamanı Çinin xarici işlər naziri bildirmişdi ki, onun ölkəsi Koreya yarımadasın həllində açar rolunu oynamayacaq.

"Ölkəmiz yarımadanın sülh və sabitlik prosesindəki məsuliyyətinin fərqindədir və hər zaman tərəflər arasında sülh quruculuğunun başlanmasında öz səylərini əsirgəməyəcək," Vanq Yi, Çinin xarici işlər naziri bəyan edib.

Karl Vinson adlı təyyarədaşıyan gəminin rəhbərliyi altında ABŞ hərbi dəniz donamması Koreya yarımadası sularına tərəf istiqamət alıb və bir həftə sonra ora çatacağı gözlənilir

Şimali Koreya rəsmiləri bazar günü bildirib ki, onlar öz hərbi güclərini göstərmək üçün ABŞ-ın təyyarədaşıyan gəmisini batırmağa hazırdır.

XS
SM
MD
LG