Accessibility links

BMT Təhlükəsizlik Şurası Şimali Koreya ilə bağlı fövqəladə iclas keçirəcək


BMT-nın Təhlükəsizlik Şurasının çərşənbə axşamı Şimali Koreyanın son raket sınağı ilə bağlı fövqəladə iclas keçirəcəyi gözlənilir.

Birləşmiş Ştatlar, Yaponiya və Cənubi Koreya Pxenyan bazar günü raket sınağı həyata keçirəndən sonra fövqəladə danışıqların keçirilməsini tələb edib.

Şimali Koreyanın sınaqdan keçirdiyi raketin yüksək hündürlükdə uçması onun yeni 4500 kilometr məsafə uça biləcək ikipilləli maye yanacaq ilə işləyən raket ola biləcəyinə işarədir.

Bazar ertəsi səhər radələrində Şimali Koreya Kim Conq Unun müşahidəsi altında müvəffəqiyyətlə yenicə inkişaf etdirilmiş orta və uzunmənzilli raketləri sınaqdan keçirdiyini bildirib. Bu sınaq ölkənin genişmiqyaslı ağır nüvə başlığı imkanlarını test etmək məqsədi daşıyıb.

Rəsmi KCNA xəbər agentliyi raketin qonşu ölkələrin təhlükəsizliyinə hədə yaratmamaq məqsədilə ən yüksək dərəcədən atıldığını və 2111 kilometr yüksəkliyinə çıxaraq 787 kilometr uçduğunu billdirib.

Yaponiya və Cənubi Koreya Şimali Koreyanın son raket sınağını qınayaraq, bunun regiona təhlükə yaratdığını və BMT qətnamələrini pozduğunu deyib.

Ağ Evin verdiyi açıqlamada bildirilib ki, raket sınağı “bütün ölkələrin Şimali Koreyaya qarşı daha ağır sanksiyalar tətbiq etməyə çağırış olmalıdır.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG