Accessibility links

Şimali Koreya: "Tramp müharibə fitilini yandırıb"


Şimali Koreyanın xarici işlər naziri deyir ki, Prezident Donald Tramp ABŞ-ın Şimali Koreyanı o hücum etdiyi təqdirdə "tamamilə dağıdacağı” haqda bəyanat verməklə müharibə fitilini yandırıb.

Prezident Tramp həmin bəyanatı ötən ay BMT Baş Assambleyasının toplantısında vermişdi.

Biz deyə bilərik ki, Tramp özünün BMT-dəki militarist və sərsəm bəyanatı ilə bizə qarşı müharibə fitilini alovlandırıb.
Ri Yonq Ho

“Biz deyə bilərik ki, Tramp özünün BMT-dəki militarist və sərsəm bəyanatı ilə bizə qarşı müharibə fitilini alovlandırıb,” Ri Yonq Ho Rusiyanın Tass xəbər agentliyinə bildirib. O, ABŞ-ın "məntiqə uyğun" hərəkət etməli və Pxenyanı "təxribata çəkməməli" olduğunu əlavə edib.

Tramp Şimali Koreyaya mümkün hərbi həmlələri nəzərdən keçirirkən, çərşənbə axşamı ABŞ qüvvələri Yaponiya və Cənubi Koreya ordusu ilə birlikdə Koreya yarımadasının qərb və şərq sahillərində genişmiqyaslı hərbi təlimlər keçiriblər.

Özünün milli təhlükəsizlik heyətinin üzvləri ilə görüşdə Tramp Şimali Koreyanın hər hansı bir təcavüzünə cavab verməyin və Pxenyanın atom bombası ilə ABŞ və onun müttəfiqlərini hədələməsinin qarşısını almağın yollarını müzakirə edib.

ABŞ və onun müttəfiqləri Koreya yarımadasında intensiv təlimlər keçirir.
ABŞ və onun müttəfiqləri Koreya yarımadasında intensiv təlimlər keçirir.

“Güman edirəm ki, burada söhbət Şimali Koreyadan qaynaqlana biləcək mümkün atom hücumunun qarşısını önləyici hücumla almaqdan gedir,” deyə regional təhlükəsizlik analitiki Daniel Pinkston bildirib.

Onun sözlərinə görə, ABŞ-ın Koreya yarımadasındakı son hərbi manevrləri digər iki müttəfiqin - Yaponiya və Cənubi Koreyanın razılığı ilə həyata keçirilir.

Biz bu diktaturanın millətimizi və müttəfiqlərimizi ağlasığmaz itkilərlə hədələməsinə imkan verə bilmərik. Biz nə lazımdırsa, onu da edəcəyik.
Donald Tramp

“Cənubi Koreya yarımada ətrafında strateji silah sistemlərin rotasiyasının tezləşdirilməsini xahiş edib və bu manevrlər həmin xahişin yerinə yetirilməsinə xidmət göstərir,” Pinkston əlavə edib.

Ötən həftə ABŞ hərbi liderləri ilə İran və Şimali Koreyanı müzakirə etdikdən sonra Prezident Donald Tramp onlarla birlikdə şəkil çəkdirmiş və həmin anı “tufandan öncəki sakitlik” adlandırmışdır.

“Şimali Koreyada məqsədimiz atomsuzlaşdırılmadır,” Tramp bəyan edib. “Biz bu diktaturanın millətimizi və müttəfiqlərimizi ağlasığmaz itkilərlə hədələməsinə imkan verə bilmərik. Biz nə lazımdırsa, onu da edəcəyik. Və inanın mənə, lazımdırsa, o, ediləcək.”

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG