Accessibility links

Cənubi Koreya Şimali Koreyaya neft satan Honq Konq gəmisini ələ keçirib


Cənubi Koreyanın Xarici İşlər Nazirliyi bildirir ki, Cənubi Koreya Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının sanksiyalarına baxmayraq, beynəlxalq sularda Şimali Koreya gəmisinə neft ötürən Honq Konqa məxsus gəmini ələ keçirib.

Cənubi Koreya xəbər agentliyi Yonhapın verdiyi məlumata görə, Cənubi Koreya gömrük rəsmiləri deyir ki, Lighthouse Winmore gəmisi oktyabrın 29-da Şimali Koreya gəmisinə “600 ton təmizlənmiş neft” köçürüb. Verilən məlumata görə, Cənubi Koreya Lighthouse Winmore-u noyabrın 24-də gəmi ölkənin Yeosu limanına gəldikdə ələ keçirib.

Yonhap Lighthouse Winmore Tayvanın Billions Bunker Group şirkəti tərəfindən icarəyə götürüldüyünü bildirir. Xəbər agentliyi gəminin təyinat olaraq Tayvanı göstərdiyini, lakin “Şərqi Çin Dənizindəki beynəxlaq sularda Şimali Koreyanın Sam Jong 2, habelə Şimali Koreyaya aid olmayan üç digər gəmiyə neft ötürdüyü” barədə məlumat verir.

Lighthouse Winmore-un ABŞ-ın Şimali Koreya ilə qeyri-qanuni ticarət apardığına görə qara siyahıya salınmasını təklif etdiyi gəmilərdən biri olduğu deyilir.

Yonhap bildirir ki, Cənubi Koreya ABŞ-ı “qanunsuz əməllərlə bağlı məlumatlandırıb.

XS
SM
MD
LG