Accessibility links

Sabiq Şimali Koreya rəsmisi: Pxenyanın böyük nüvə planları var


Bu yaxınlarda Cənubi Koreyaya qaçan yüksək vəzifəli şimali koreyalı rəsminin sözlərinə görə, gələn il Birləşmiş Ştatlar və Cənubi Koreyada baş verən hakimiyyət dəyişikliyi səbəbilə Şimali Koreyanın nüvə proqramını gücləndirməsi üçün ən əlverişli vaxt olacaq.

Cənubi Koreyada prezident seçkilərinin keçiriləcəyi, Birləşmiş Ştatlarda da hakimiyyət dəyişikliyinin baş verəcəyi üçün, Şimali Koreya 2017-ni nüvə gücünü inkişafı üçün ən uyğun vaxt olaraq görür.

“Cənubi Koreyada prezident seçkilərinin keçiriləcəyi, Birləşmiş Ştatlarda da hakimiyyət dəyişikliyinin baş verəcəyi üçün, Şimali Koreya 2017-ni nüvə gücünü inkişafı üçün ən uyğun vaxt olaraq görür,” deyə Şimali Koreyanın Londondakı ikinci ən yüksək rütbəli diplomatı Tae Yonq-ho bildirib.

Tae Cənubi Koreyaya avqust ayında qaçıb və o, son 20 ildə ölkədən qaçan ən yüksək vəzifəli Şimali Koreya rəsmisidir.

Çərşənbə axşamı cənubi koreyalı müxbirlərlə danışan Tae Şimali Koreyanın nüvə proqramının vəziyyətindən xəbərdar olmadığına aydınlıq gətirib, amma Çinin Şimali Koreyanı nüvə proqramına görə ağır şəkildə cəzalandırmayacağına əmin olduğunu deyib, çünki Şimali Koreyanın dezinteqrasiyası ABŞ təmayüllü vahid Koreyanın yaranmasına səbəb ola bilər.

Şimali Koreyanın gənc lideri Kim Conq Un sərt xətt siyasəti ilə tanınır
Şimali Koreyanın gənc lideri Kim Conq Un sərt xətt siyasəti ilə tanınır

Bu il Şimali Koreya iki nüvə sınağı həyata keçirib və 20-dən çox blistik raket atıb. O, açıq şəkildə, Birləşmiş Ştatları nüvə silahı ilə vurmaq qabiliyyətini inkişaf etdirəcəyini vəd edib.

Prezident seçilmiş Donald Tramp Şimali Koreyanın qarşısını almaq üçün, Yaponiya və Cənubi Koreyanın nüvə silahları inkişaf etdirməsinə müsbət baxdığını deyib. Bu isə prezident Barak Obamanın administrasiyasında kəskin reaksiya ilə qarşılanıb, çünki o, onillərdir aparılan nüvə silahlarının yayılmaması siyasətini dəstəkləyir.

Donald Tramp vəzifəsinin icrasına yanvar ayının 20-də başlayacaq, Şimali Koreyada da gələn il prezidet seçkiləri keçiriləcək. Tae Şimali Koreyanın nüvə qüdrəti statusunu əldə etmək məqsədilə hər iki yeni administrasiya ilə açıq dialoq aparmağa çalışacağını proqnozlaşdırıb. Bu arada isə Tae həmçinin, Şimali Koreyanın Cənubi Koreya və Vaşinqtonu Şimala qarşı sanskiyalar-yönümlü syasətindən daşındırmaq məqsədilə nüvə sınaqları həyata keçirməyə davam edəcəyini deyir.

Onlar özlərini mühasirədə hiss edirlər və çox paranoyadadırlar. Ona görə də, nüvə seçimlərindən əl çəkmək fikri onlar üçün əlverişli deyil.

Oktyabr ayında ABŞ-ın milli kəşfiyyat ofisinin direktoru Ceyms Klapper deyib ki, Şimali Koreyanı nüvə silahlarından imtina etməyə inandırmaq əbəsdir.

“Onlar özlərini mühasirədə hiss edirlər və çox paranoyadadırlar. Ona görə də, nüvə seçimlərindən əl çəkmək fikri onlar üçün əlverişli deyil,” deyə Klapper Xarici Əlaqələr Şurasında etdiyi çıxışında bildirirb.

XS
SM
MD
LG