Accessibility links

ABŞ, Yaponiya və Cənubi Koreya Şimali Koreyanın yaratdığı nüvə təhlükəsini müzakirə edib


ABŞ, Yaponiya və Cənubi Koreya diplomatları Seulda danışıqlar keçirir. Diplomatların gündəmindəki əsas məsələ Şimali Koreya və onun nüvə məqsədləri olub.

ABŞ dövlət katibinin müavini Entoni Blinken bu il üçüncü raund danışıqlar üçün Yaponiyanın vitse xarici işlər naziri Akitaka Saiki və cənubi koreyalı həmkarı Lim Sunq-namla görüşüb. Daha sonra üç diplomat müxbirlərin suallarını cavablandırıb.

Blinken deyib ki, Şimali Koreyanın beşinci raket sınağı keçirəcəyinə dair işarələr olduğu üçün bu üç ölkə Pxenyana qarşı təzyiqləri artırmağa hazırdır.

Bazar ertəsi Cənubi Koreyanın Müdafiə Nazirliyi Vaşinqton və Seulun Şimali Koreyanın nüvə sınaqlarının həyata keçirdiyi Punggye-ri sahəsində fəaliyyətini izlədiyini bildirib. Bu isə orada növbəti nüvə sınağına hazırlıqların getdiyini göstərir.

Blinken deyib ki, hər üç ölkə genişləndirilmiş BMT sanksiyalarının və digər ölkələrdən gələn təzyiqin Şimali Koreyanı nüvə silahlarına dair danışıqlara yenidən cəlb olunmağa inandıracağına ümid edir.

Blinken Şimali Koreyanın yaratdığı təhlükələrin Yaponiya, ABŞ və Cənubi Koreya arasında üçtərəfli münasibətlərin faydalarını vurğuladığını bildlirib.

O deyib ki,onlar BMT-nin kommunist ölkəyə qarşı sanksiyalarının tətbiq olunması üçün əməkdaşlıqlarını artırmaq, Şimali Koreya təhlükəsininin qarşısını almaq üçün digər ölkələrin imkanlarını artırmaq və Şimali Koreyanın insan haqları sahəsində bərbad vəziyyətini vurğulamaq kimi məsələlər ətrafında razılıq əldə ediblər.

Üç ölkənin diplomatları həmçinin regionda təhlükəsizlik və ticarət məsələlərini də müzakirə edib.

XS
SM
MD
LG