Accessibility links

Şimali Koreyada partiya qurultayının başa çatması münasibətilə parad keçirilib


Şimali Koreya lideri Kim Conq Un onun hakimiyyətini daha da gücləndirmiş partiya qurultayının başa çatması münasibətilə Pxenyanın mərkəzində keçirilən böyük paradda iştirak edib.

Bayram geyimində olan minlərlə şimali koreyalı rejimin banisi olan Kimin babası Kim İl Sunqun adını daşıyan meydanda yürüş keçirib. Başqaları üzərində vətənpərvər məzmunlu şüarlar yazılmış şarlar uçurub. Kim Con Un parad iştirakçılarını balkondan salamlayıb.

Son 36 ildə ölkədə ilk dəfə keçirilən və dörd gün davam edən Koreya Fəhlə Partiyasının qurultayı bazar ertəsi başa çatıb. Qurultay zamanı nümayəndələr 33 yaşlı Kimə partiya sədri titulunu verərək, onu babası və atası, Koreyanın sabiq lideri Kim Conq İlın hüququi varisi edib.

Nümayəndələr yeni liderin iqtisadiyyatın inkişafına dair “Byongjin” planı ilə yanaşı Şimali Koreyanın nüvə arsenalının artırılması istiqamətində siyasətini də təsdiq edib.

Kim Şimali Koreyanın suverenliyi pozulmadığı təqdirdə nüvə silahlarından istifadə etməyəcəyini deyib.

Qurultay zamanı həmçinin Şimali Koreaynın keçmiş ordu başçısı Ri Yong-Gil bir sıra yüksək vəzifələrə təyin edilib. Bundan bir neçə ay öncə Cənubi Koreyanın kəşfiyyat rəsmiləri onun rüşvət və digər ittihamlarla edam edildiyini bildirmişdi.

Dünyaya Baxış

Dünyaya Baxış. Tramp Ağ Ev aparat rəhbərinin adını açıqladı
please wait

No media source currently available

0:00 0:10:02 0:00
XS
SM
MD
LG