Accessibility links

Bütün ABŞ Senatorları Şimali Koreya ilə bağlı Ağ Evə dəvət olundu


100 senatorun hamısı çərşənbə günü Ağ Evə dəvət olunublar. Orada onlar Şimali Koreya ətrafındakı durumla bağlı məxfi brifinqi dinləyəcəklər.

Brifinq Müdafiə Naziri Cim Mattis, Dövlət Katibi Reks Tillerson, Milli Kəşfiyyat Direktoryu Dan Kouts və Baş Qərargahlar rəisi Co Danford tərəfindən veriləcək.

Şimali Koreya dünya üçün böyük problemdir və biz nəhayət bu problemi həll etməliyik. İnsanlar uzun illər buna göz yumublar, amma indi bunu həll etməyin vaxtı çatıb.
Donald Tramp, ABŞ Prezidenti

Hərçənd ki ABŞ qanunvericiləri tez-tez Kapitolidə brifinq alırlar, onlar üçün bunu Ağ Evdə etmək - ələlxüsus da bütövlükdə Senat üzvlərinin alması nadir olaydır.

ABŞ prezidenti Donald Tramp deyib ki, BMT-nin Təhlükəsizlik Şurası Şimali Koreyaya qarşı sanksiyaların tətbiqinə hazır olmalıdır.

ABŞ Prezidenti Donald Tramp BMT Təhlükəsizlik Şurasının elçiləri ilə görüşür.
ABŞ Prezidenti Donald Tramp BMT Təhlükəsizlik Şurasının elçiləri ilə görüşür.

Daha əvvəl Yaponiya və Çin liderləri ilə telefon söhbəti aparan Donald Tramp Şimali Koreyanın təhdidləri ilə bağlı narahatlıqları müzakirə edib.

Yaponiyanın baş naziri Şinzo Abe ilə 30 dəqiqə sürən telefon müzakirələri zamanı Tramp ondan Şimali Koreyanın yeni pvovokasiyalarına mane olmaq üçün təzyiqlərini artırmasını istəyib.

Cənab Abe bu gün Tokyoda jurnalistlərə deyib ki, onun hökuməti "daha qəti surətdə Şimali Koreyadan provokasiyalara yol verməməsini" tələb edəcək.

Baş nazir ABŞ-la bərabər sayıqlıq nümayiş etdirəcəyi və qətiyyətli qərarlar verəcəyini deyib.

ABŞ rəsmiləri Şimali Koreyanın nüvə və raket slınaqları ilə bağlı artan tempdə narahatlıqlarını ifadə ediblər. Pxenyanın ABŞ və onun Asiya müttəfiqlərini hücumlarla hədələməsi Vaşinqton və onun tərəfdaşları tərəfindən ciddi sinaq kimi qarşılanır.

Amerika İcmalı

Amerika İcmalı. Vaşinqtonun Ukrayna böhranını həll etmək üçün diplomatik səyləri
please wait

No media source currently available

0:00 0:27:46 0:00
XS
SM
MD
LG