Accessibility links

Şimali Koreya bu il artıq ikinci raketini sınaqdan keçirib


Şimali Koreya çərşənbə axşamı yeni balistik raket sınağı həyata keçirib. Cənubi Koreya və Yaponiya hökumətlərinin bildirdiyinə görə, bu, Şimali Koreyanın bu il artıq ikinci böyük silah sınağıdır.

Cənubi Koreya ordusu bildirib ki, belə görünür Şimali Koreyanın bu yeni raketləri Pxenyanın ötən həftə sınaqdan keçirdiyi raketlə müqayisədə daha böyük imkanlara malikdir.

Şimali Koreya ötən cümə axşamı yeni inkişaf etdirilmiş “hipersonik raket”i sınaqdan keçirdiyini iddia edib, lakin Cənubi Koreya hökuməti bu iddianın şişirdildiyini bildirib.

Cənubi Koreyanın müdafiə nazirliyinin məlumatına görə, ən son raket saatda təxminən 700 kilometr sürətlə və maksimum 60 kilometr yüksəklikdə uçub. Nazirlik bildirib ki, raket ötən həftə kimi ölkənin şimal-qərb regionundan havaya atılıb.

Yaponiyanın Kyodo xəbər agentliyi çərşənbə axşamı bildirib ki, raket Yaponiyanın eksklüziv iqtisadi zonasından kənara düşüb və heç bir ziyan vurmayıb.

Bu sınaq Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası Şimali Koreyanın raketlərini müzakirə etmək üçün bağlı qapılar arxasında keçirdiyi iclasdan bir neçə saat sonraya təsadüf edib.

Həmin iclasda Birləşmiş Ştatlar və Təhlükəsizlik Şurasının beş digər üzvü sınaqları qınayıb və bildirib ki, onlar “regional sabitliyə təhlükə törədir.”

Yaponiyanın Baş nazir Fumio Kişidə çərşənbə axşamı deyib ki, sınaqlar “son dərəcə təəssüf doğurur.” Cənubi Koreyanın Milli Təhlükəsizlik Şurası da həmçinin “dərin təəssüfünü” ifadə edib.

Şimali Koreya ən son sınağı təsdiq etməyib. Adətən sınaqlarla bağlı təfərrüatlar növbəti gün dövlət qəzetlərində məlumat verilir.

Şimali Koreya lideri Kim Conq Un ilin yekunundakı çıxışında ölkəsinin müdafiə imkanlarını “ləngitmədən”təkmilləşdirməyə ehtiyac olduğunu bildirib.

Şimali Koreya 2019-cu ildə Birləşmiş Ştatlarla danışıqlar dayandığı zaman böyük raket sınaqlarını bərpa edəndən sonra ABŞ və müttəfiqlərinin raketdən müdafiə sistemlərini yan keçmək və ya onların öhdəsindən gəlmək üçün nəzərdə tutulan bir neçə qısa-mənzilli raket sistemini təqdim edib.

Dünyaya Baxış

Dünyaya Baxış.Qubad Ibadoğlu ev dustaqlığına buraxılıb
please wait

No media source currently available

0:00 0:11:22 0:00
XS
SM
MD
LG