Şimali Koreyanın qitələrarası balistik raket atması bütün dünyanda narahatlıq və qınağa səbəb olub. Bunun Şimali Koreyanın Birləşmiş Ştatlara çata biləcək bir raketin olub-olmadığı aydın olmasa da, raket sınağı onu göstərir ki, Pxenyan nüvə silahları imkanlarını inkişaf etdirmək yolunda mühüm irəliləyişlər əldə edib. Çin və Rusiya bu məsələ ilə bağlı artıq fikir bildirib, Tramp administrasiyası isə atacağı addımları nəzərdən keçirir.
Şimali Koreya rejimi ilə strateji təmkinlik dövrü nəticə vermədi. Bu təmkinlik bir çox il davam etdi, amma nəticəsi olmadı. Açığı, artıq bizim səbirmiz tükəndi.Donald Tramp
Çərşənbə axşamı Moskvada Rusiya prezidenti Vladimir Putin və Çin prezidenti Şi Tsinpinq Şimali Koreyaya qarşı ittifaqı gücləndirməyə söz verib.
“Biz Rusiyanın addımbaaddım proqramı, Çinin Şimali Koreyanın nüvə fəaliyyətini dondurmaq fikri, eləcə də Birləşmiş Ştatlar və Cənubi Koreyanın irimiqyaslı birgə hərbi təlimlərinə əsaslanaraq Koreya məsələsinə çarə tapmaq üçün birgə təşəbbüsümüzü gücləndirmək üzərinədə razılıq ələdə etdik”? deyə Putin bildirib.
Şimali Koreya ən son raket sınağının qitələrarası balistik raketin olduğunu iddia edir. Raket Yaponiya dənizinə düşüb, silahın əsl imkanları isə hələ ki, məlum deyil.
Bu il artıq 11-ci dəfə keçirilən raket sınağı təcrid olunmuş bu ölkənin Birləşmiş Ştatlara çata biləcək silah hazırlamağa çox yaxın olduğuna dair nahartlıqlara səbəb olub.
Bazar ertəsi prezident Donald Tramp Kim Conq Una istinad edərək, Tvitterdə “Şimali Koreya yeni raket sınağı həyata keçirib. Bu insanın həyatda edəcəyi başqa maraqlı heç nə yoxdurmu?” deyə yazıb.
Cümə günü Ağ Evdə Cənubi Koreya prezidenti Mun Cae-inlə birlikdə çıxış edən Tramp ABŞ-ın Şimali Koreyaya qarşı səbrinin tükəndiyini elan edib.
“Şimali Koreya rejimi ilə strateji təmkinlik dövrü nəticə vermədi. Bu təmkinlik bir çox il davam etdi, amma nəticəsi olmadı. Açığı, artıq bizim səbirmiz tükəndi”, Donald Tramp söyləyib.
Bu həftənin sonu Putin, Şi Tsinpinq və digər Böyük İyirlimilik ölkələrinin liderləri ABŞ prezdienti ilə Hamburqda görüşəndə Şimali Koreya məsələsinin diqqət mərkəzində yer alacağı gözlənilir.