Accessibility links

Şimali Koreyaya qarşı yeni sanksiyaların Kim Conq Unun qarşısını ala biləcəkmi?


ABŞ-ın Şərqi Asiya müttəfiqləri Birləşmiş Millətlər Təşkilatının Şimali Koreyaya tətbiq etdiyi daha sərt sanksiyaları alqışlayıb, amma bu ölkələrin çox azı bu yeni tədbirlərin Kim Conq Un hökümətinin qarşısını alacağını gözləyir.

Yaponiyanın baş naziri Şinzo Abe Təhlükəsizlik Şurasının yeni qətnaməsini dəstəkləyən bəyanat verib və onun “beynəlxalq ictimaiyyətin köhnələrindən tamamilə fərqlənən daha sərt tədbirlər görmək niyyətini” sərgilədiyini deyib.

Cənubi Koreya höküməti Şimali Koreyanı nüvə proqramını məhdudlaşdırmağı ilə bağlı beynəlxalq ictimiayyətin xəbərdarlığını nəzərə almağa, ya da bunu etməməyin nəticələri ilə üzləşməyə hazır olmağa çağırıb.

Cənubi Koreya həmçinin əlavə birtərəfli sanksiyalar tətbiq edəcəyini elan edib.

Təhlükəsizlik Şurası 2006-cı ildən bəri Şimali Koreyaya qarşı hər dəfə getdikcə sərtləşən bir çox sanksiyalar tətbiq edib. Diplomatlar deyir ki, bu tədbirlər Şimali Koreyanın nüvə silahına doğru addımlarını yavaşlatsa da, Pxenyanı nüvə ambisiyalarından imtina etməsinə nail olmayıb.

Şimali Koreyanın sentyabrın 9-da həyata keçirdiyi beşinci nüvə sınağına cavab olaraq təbiq olunan yeni iqtisadi sanksiyalar Pxenyanın iki əsas müttəfiqi Çin və Rusiyanın da daxil olduğu 15 üzvlük Təhlükəsizlik Şurası tərəfindən yekdilliliklə qəbul edilib.

Bu son tədbirlər köhnə məhdudiyyətləri daha da sərtləşdirmək, eləcə də Şimali Koreya rəsmiləri və onların maliyyə əməliyyatlarının məhdudlaşdırmaq məqsədi daşıyır. Bu sanksiyalar həmçinin ölkəyə hərbi gəmilər və təyyarələrin satışına məhdudiyyət qoyur.

Dünyaya Baxış

Dünyaya Baxış. “Meydan TV” jurnalistlərinin saxlanıldığı bildirilir
please wait

No media source currently available

0:00 0:12:30 0:00
XS
SM
MD
LG