Accessibility links

2017-də Şimali Koreyaya qarşı "maksimum təzyiq" siyasəti müxtəlif nəticələr verdi [Video]


2017-də Şimali Koreyaya qarşı "maksimum təzyiq"siyasəti müxtəlif nəticələr verdi
please wait

No media source currently available

0:00 0:03:12 0:00

Yanvar ayında daha vəzifəsinin icrasına başlmadan öncə Donald Tramp “Bu baş verməyəcək”deyə yazdığı tvit ilə Şimali Koreyanın ABŞ-a çatacaq nüvə silahlı qitələrarası balistik raket inkişaf etdirməsinin qarşısını almaq məqsədilə Şimali Koreya ilə mübahisəli siyasi kurs başlatdı. Bu bir il ərzində Tramp adminstrasiyası aparıdığı “maksimum təzyiq” strategiyası ilə Kim Conq Un hökümətinin özünü nüvə dövləti elan etmək niyyətindən əl çəkməyə vadar etmək üçün hərbi müdaxilə və əlavə iqtisadi sanksiyalar əl ata biləcəyini vurğuladı.

Ötən il prezident Tramp Şimali Koreyanın nüvə təhlükəsinə qon qoymağı milli təhlükəsizlik prioriteti elan etmişdi.

Şimali Koreyaya qarşı edəcəklərinə dair bir sıra gözləntilər yaradıb və əgər bunları etməsə, öz şəxsiyyətinə ciddi hədə törədir, çünki bu, onun imicini sarsıdacaq
Con Deluri

“O, Şimali Koreyaya qarşı edəcəklərinə dair bir sıra gözləntilər yaradıb və əgər bunları etməsə, öz şəxsiyyətinə ciddi hədə törədir, çünki bu, onun imicini sarsıdacaq,” deyə Yonsei Universitetinin Şimali Koreya üzrə təhlilçisi Con Deluri bildirir.

Aprel ayında Tramp Floridadakı Mar-A-Larqo kurort mərkəzində çinli həmkarı Şi Tsinpin ilə görüşərkən vətəndaşlara qarşı kimyəvi silahlardan istifadə etdiyinə görə Suriyaya qarşı birtərəfli raket hücumunun keçirilməsini əmr etdi.

Tərəfdarları deyir ki, Trampın orada hərbi güc sərgiləməsi Şiyə mesaj idi ki, əgər Çin Şimali Koreyanın təxribatlarının qarşısını almasa, ABŞ hərəkətə keçəcək.

Daha sonra vitse-prezident regiona səfər etdi və orda ABŞ-ın müttəfiqləri qarşısındakı öhdəliyini bir daha təsdiq etdi, eyni zamanda isə Trampın seçki kampaniyası zamanı Cənubi Koreya və Yaponiya müdafiə xərclərini artırmadığı təqdirdə, ABŞ-ın qoşunlarını geri çəkəcəyinə dair etdiyi hədələri yumşaltdı.

Trampın sərt Şimali Koreya siyasətini Yaponiya baş naziri Şinzo Abe dəstəkləyir.

Lakin Cənubi Koreyada mühafizəkar Park Qın-Henin impiçmentindən sonra liberal Mun Cae-in prezident oldu. O, Şimali Koreyanın nüvə proqramlarının qarşısının alınmasını dəsətəkləsə də, ABŞ-ın Koreya yarımadasında hərbi gücdən istifadəsinin əleyhinədir.

Reks Tillerson
Reks Tillerson

“Prezident Mun açıq şəkildə bildirib ki, şimali koreyalılar müharibə başlatmadığı təqdirdə, Koreya yarımadasında müharibə heç bir zaman variant olaraq görülməməlidir,” dey’ Sejong Insitutunun Şimali Koreya üzrə təhlilçisi Deyvid Straub söyləyib.

ABŞ-ın hərbi müdaxiləsinin tərəfdarları Şimali Koreyanın nüvə təhlükəsini aradan qaldırmaq məqsədilə profilaktik müharibənin aparılmasını dəstəkləsə də, ABŞ müdafiə naziri Cim Mattis xəbərdarlıq edib ki, belə bir müharibə nəticəsində insan itkisi “inanılmaz dərəcədə faciəvi olacaq.”

ABŞ dövlət katibi Reks Tillerson bir neçə dəfə Pxenyandakı liderlərdə şərtsiz danışıqlar aparmağı dəstəkləyib, lakin Tramp dəfələrlə Tillersona irad tutub. Bu isə onun ölkənin ən yüksək vəfizəli diplomatını işdən çıxarmağa hazırlaşdığına dair spekulyasiyalara səbəb olub.

Prezident Tramp təhrikedici ritorikadan istifadə edib, Şimali Koreyanın “alov və hiddət” ilə qarşılaşacağı ilə bağlı xəbərdarlıq edib və Kim Conq Unu intihar missiyasında olan “Raket İnsan” adlandırıb.

Pxenyan ABŞ-ın Sakit Okeanda yerləşən ərazisi olan Quamın ətrafındakı sualara qitələrarası balistik raket göndərəcəyinə dair hədələrini geri çəkib, amma Yaponiya üzərində iki uzun-mənzilli raket uçurub, sentyabr ayında isə altıncı nüvə sınağını həyata keçirib.

Noyabr ayında Şimali Koreya indiyədək ən güclü raket sınağını həyata keçirəndən sonra hərbi hazırlıq vəziyyətində olan qitələrarası balistik raket inkişaf etdirmək bacarıqlarına sahib olduğunu elan edib.

Hələ ki, çox az sayda insan Şimali Koreya ilə hər hansı diplomatik nailiyyətlərin əldə olunacağı gözləyir, amma əgər Şimali Koreya Cənubi Koreyada keçiriləcək Olimpiya oyunlarında iştirak etməyə razlaşsa, o zaman təxribatlara qısa müddətliyinə son qoyula bilər.

XS
SM
MD
LG