Accessibility links

Şimali Koreyanın nüvə proqramları ilə bağlı gərginlik artır


Şimali Koreyanın nüvə və raket proqramları ilə bağlı gərginliyin artdığı bir vaxt ABŞ ordusu Cənubi Koreyaya bəzi raket əleyhinə müdafiə sistemləri yerləşdirməyə başlayıb.

Çərşənbə günü Seonqju şəhərində Yüksəklik Ərazilərin Terminal Müdafiə sisteminin (THAAD) hissələrini daşıyan yük maşınları bir zamanlar qolf meydançasına yaxınalaşanda nümayişlilərlə polis arasında qarşıdurma yaşanıb.

THAAD sisteminin ilk parçaları Sənubi Koreyaya mart ayının əvvəlində gətirilib.

Seul və Vaşinqton Çinin bu sistemin onların təhlükəsizliyə hədəd olduğuna dair iddiaları rədd edərək, qabaqcıl THAAD sisteminin yeganə məqsədi Şimali Koreyadan atırlan raketlərdən müdafiə etmək olduğunu deyir.

Pxenyan son aylarda bir neçə balistik raket sınağı həyata keçirib və indi də Pekindən gələn müqavimətlərə və beynəlxalq ictimaiyyətin tətbiq etdiyi iqtisadi sanksiyalara baxmayaraq, altıncı nüvə silahı sınağına hazırlaşdığı təxmin edilir.

Prezident Donald Tramp Şimali Koreyaya ilə bağlı məxfi brifinq üçün 100 senatordan hər birini Ağ Evə dəvət edib.

Qanunvericilərə tez-tez Konqresdə gizli brifinqlər keçirilsə də, bu cür brifinqlərin Ağ Evdə baş tutması və bütün senatorların iştirak etməsi nadir görülən haldır.

Amerika İcmalı

Amerika İcmalı. Beynəlxalq Mətbuat Azadlığı Günü - Azərbaycanda medianın durumu.
please wait

No media source currently available

0:00 0:30:02 0:00
XS
SM
MD
LG