Accessibility links

Şimali Koreyada həbs olunan iki amerikalının fərqli aqibətləri [Video]


Şimali Koreyada həbs olunan iki amerikalının fərqli aqibətləri
please wait

No media source currently available

0:00 0:02:31 0:00

Ötən həftə Şimali Koreya tərəfindən koma vəziyyətində Amerikaya gətirilən amerikalı universitet tələbəsi Otto Varmbier bazar ertəsi Ohayodakı xəstəxanada dünyasını dəyişib. Varmier Şimali Koreyaya səfəri zamanı propaqanda plakatını oğurlamaqda ittiham olunaraq 17 ay Pxenyanda saxlanılıb. 2016-cı ilin qış aylarında Varmbierin həbsi ilə bağılı xəbərlər çıxanda Ohayoda yaxınlıqda yaşayan bir başqa amerikalı hadisələrin gedişatını yaxından izləyirdi. O da, bir zamanlar Şimali Koreyada həbs edilib. Amerikanın Səsinin növbəti reportajı Şimali Koreyada tutulmuş iki amerikalıların fərqli sonluqlarından bəhs edir.

Fred Varmbier
Fred Varmbier

Ceffri Foul Otto Varbmierlə birləşdirən təkcə onların eyni ştatda dünyaya gəlmələri deyil.

“Mən bir başqasının həmin sistem tərəfindən saxlanıldığını eşidəndə çox təəccübləndim”, deyə Foul bildirir.

Onun sistem adlamdırdığı Şimali Koreyadır. Foul 2014-cü ildə kommunist ölkənin icazəsi ilə təşkil olunan turda iştirak edib. Varmbier də 2016-cı ildə həmin tura qoşulub.

“Şimali koreyalılar Çində fəaliyyət göstərən tur agentlikləri vasitəsilə amerikalıları Şimali Koreyaya səfər etməyə cəlb edir. Bu tur agentlikləti internetdə Şimali Koreyada heç bir amerikalının həbs edilmədiyini, oranın təhlükəsiz yer olduğunu iddia edən reklamlar yerləşdirir”, Otto Varmbierin atası Fred Varmbier bildirir.

Hazırkı siyasi mühitdə bunu etməzdim. Təkrar-təkrar bildirmək istərdim ki, hazırda bunu heç kəsə tövsiyyə etməzdim.
Ceffri Foul

Bu reklamlara və daha öncə orada amerikalıların həbs olunmasına baxmayaraq, Foul heç nədən narahat deyildi.

“Mən qeyri-adi yerləri ziyarət etməyi sevirəm”, Foul deyir.

Bu dəfəki qeyri-adi yer Şimali Koreyanın şimalında yerləşən liman şəhəri Çonqjin idi. Orada o, hökümətin xoşuna gəlməyəcəyini bilə-bilə gecə klubunun ayaqyolunda incil qoyub.

Ceffri Foul: “İsa peyğəmbər “dünyanın hər bir yerinə incil aparın” deyirdi. Mən də öz öhdəmə düşəni etdim və dünyanın kiçik bir yerinə incil apardım.”

Varmier kimi Foul da ölkədən çıxanda hava limanında saxlanılıb. İlk öncə onu oteldə, daha sonra isə şimali-koreyalı “qonaq evində” saxlayıblar. Orada o, hər şeydən təcrid olunsa da, ona qarşı pis davranmayıblar, rəsmilər isə onu incillə bağlı sorğu-sual edib.

“Zehni və emosional baxımdan gərgin idim. Amma mənə qarşı fiziki şiddət tətbiq olunmurdu”, deyə Foul bildirir.

Foul deyir ki, onun media qarşısında çıxışları qurama idi.

“Hər şeyə sıx nəzarət olunurdu, mənə nə deyəcəyimi öncədən söyləyirdilər”, o deyir.

İsveç Şimali Koreya höküməti ilə danışıqlar apararaq 2014-cü ilin oktyabrdında Foulun sərbəst buraxılmasına nail oldu.

Foul: “Məndən “imkanın olsa həmin hadisəni həyatından silərdinmi deyə soruşurlar”, mənsə, xeyr bunu etməzdim deyirəm.”

Otto Varmbier
Otto Varmbier

Lakin Otto Varmbierin Şimali Koreyada həsbdə ikən ağır beyin travması alması nəticəsində dünyasını dəyişməsindən sonra, Foul deyir ki, amerikalılar Şimali Koreyaya getməkdən ehtiyyat etməlidirlər.

“Hazırkı siyasi mühitdə bunu etməzdim. Təkrar-təkrar bildirmək istərdim ki, hazırda bunu heç kəsə tövsiyyə etməzdim”, Foul deyir.

Foul Varmbierin ailəsindən 80 kilometr uzaqlıqda yaşayır. Onlar görüşməsələr də, Foul Varmbier ailəsi və Şimali Koreyada hələ də həbsdə olan digər üç amerikalı üçün dua edir.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG