Accessibility links

ABŞ rəsmiləri Kim Conq Una qarşı təzyiqlərin işə yaradığını düşünür [Video]


ABŞ rəsmiləri Kim Conq Una qarşı təzyiqlərin işə yaradığını düşünür
please wait

No media source currently available

0:00 0:02:39 0:00

Cümə axşamı ABŞ prezidenti Donald Trampın Şimali Koreyanın nüvə proqramı ilə bağlı razılaşmanı əldə edənə qədər Cənubi Koreya ilə aralarındakı azad ticarət müqaviləsini saxlayacağını bəyan etməsi bir çox insanın təəccübünə səbəb oldu. Ancaq Tramp Kim Conq Unla özünün planlaşdırdığı zirvə toplantısı barədə nikbin danışır.

Bölgədəki narahatlıq yaradan diplomatic fəaliyyətlərə baxmayaraq Dövlət Departameninin sözçüsü Hezer Nauert bildirir ki, Kimin Çinə olan gözlənilməz səfəri Kim və Tramp arasındakı zirvə toplantısının baş verməsi ehtimalını daha çox artırdı.

“Dövlət Departamenti bu görüşə hazırlaşır və bizim görüşün yaxşı keçəcəyinə inamımız sonsuzdur. Biz bu görüşü və müzakirələri əldə etmək üçün Şimali Koreya ilə çox danışıqlar keçirdik və düşünürük ki, təzyiq kampaniyası işə yarayır.” - deyə, Hezer Nauert bildirib.

Bəzi ekspertlər isə düşünür ki, Kimin nüvəsizləşdirilmə barədə düşüncələri ABŞ və vasitəçilərdən fərqli ola bilər. Duqlas Pal bütün tərəflərin öz gözləntilərini dəqiqiləşdirməsi lazım olduğunu düşünür.

“Tərəflər öz gözləntilərinin nə olduğunu zirvə toplantısı keçirilmədən öncə müəyyənləşdirib açıqlamalıdırlar. Çünki, heç kəs istəməz ki, prezident görüşün məqsədini səhv anladığı üçün onun otağa daxil olduğu andan bütün danışıqlar fəlakətlə nəticələnsin.” - deyə, Duqlas Pal əlavə edib.

BMT-nin siyasi rəhbəri bildirib ki, zirvə toplantısı barədə bütün narahatlıqlara baxmayaraq hazırkı vəziyyət bir neçə ay öncə Şimali Koreyaya qarşı tətbiq edilən güclü təzyiqlərdən daha yaxşıdır.

“Son nüvə testlərin keçirilməsindən artıq 4 ay keçib. Bu nüvəsizləşdirmə demək deyil, ancaq bir neçə ay bundan öncə tərəflər arasında yaranmış gərginlik vəziyyətindən daha yaxşıdır. Bu onu göstərir ki, biz danışaqlara girə, müzakirələr apara və təhlükəsizlik şurasının nüvəsizləşdirmə ilə çağırışlarına uyğun dəyişiklər etmək iqtidarındayıq.” - Cefri Feltman bildirir.

Feltman ümid edir ki, keçirilməsi gözlənilən zirvə toplantısı bölgədə nüvə silahının yayılmasının qarşısını alacaq uzun bir prosesin başlanğıcı olacaq.

XS
SM
MD
LG