Accessibility links

Şimali Koreya: Son raket sınağı Vaşinqtona sərt xəbərdarlıqdır


Şimali Koreya son raket sınağının yeni sanksiyalara görə Vaşinqtona sərt xəbərdarlıq olduğunu bildirib.

Şimali Koreyanın Xarici İşlər Nazirliyinin bəyanatında deyilir ki, Vaşinqton kommunist ölkəsinə ziyan vurduğuna dair yanlış xülyalarından ayılmalıdır.

Pxenyanın bəyanatı ABŞ hava qüvvələrinin iki B-1B bombardmançılarını Koreya yarımadası üəzində uçuşa göndərməsindən sonra səslənib.

Raketin buraxılmasından sonra Ağ Ev bəyanatında bildirib ki, Şimali Koreyanın raket sınağı ölkəni daha da çox təcrid edəcək “düşüncəsiz və təhlükəli bir addımdır.” Bəyanatda əlavə edilir ki, “ABŞ ölkənin və regiondakı tərəfdaşlarının təhülkəsizliyini qorumaq üçün bütün lazımi tədbirləri görəcək.”

Şimali Koreyanın qitələrarası ballistik raket sınağına cavab olaraq, ABŞ və Cənubi Koreya nəzarətlərində olan su ərazilərinə bir neçə raket buraxıblar. Ordu rəsmiləri bildiriblər ki, raket əleyhinə müdafiə sistemi ehtiyac yarandığı halda, çox sürətlə işlək vəziyyətə gətirilə bilər.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG