Accessibility links

Üç il əvvəl öldürülmüş ana və dörd qızının cəsədi aşkar edilib


Baş prokurorluq
Baş prokurorluq

Salyan rayon (Bakıdan 127 kilometr cənub) sakini Mehparə Əliyeva və dörd övladının qəsdən öldürülərək yaşadıqları ünvanda basdırılmaları aşkar edilib. Bu barədə AzərbaycanDaxili İşlərNazirliyinin və Baş Prokurorluğun Mətbuat xidmətlərinin birgə məlumatında deyilir.

Fakta görə Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürmə) maddəsi ilə cinayət işi başlanıb, prokurorluq və polis əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb.

Həyata keçirilmiş təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində M.Əliyevanın əri Fərhad Əliyev və oğlu Fəqan Əliyev şübhəli şəxs qismində tutulmuşlar.

Xatırladaq ki, Salyandakı mənbələr ana və 4 qızının 3 il əvvəl qətlə yetirilərək yaşadıqları evin zirzəmisində basdırıldığnı bildirir.

Fərhad Əliyev həyat yoldaşının və qızlarının Türkiyə getməsi bəhanəsi ilə onların ölümünü 3 il ərzində gizlədibmiş.

Dünyaya Baxış

Dünyaya Baxış. COP29-un Liderlər Sammiti başlanıb
please wait

No media source currently available

0:00 0:10:59 0:00
XS
SM
MD
LG